Ekopublika.az
"Nvidia"nın “qızıl qandalları”: İşçilər milyonçu olmaq xatirinə nələrə dözürlər?
Dünyanın ikinci ən böyük şirkəti olan "Nvidia"da çalışanların böyük əksəriyyəti (78%-i) dollar milyonçusudur.
Publika.az xəbər verir ki, "Tech4Gamers" bu işçilərin “qızıl qandallar”ı olduğunu yazır. Belə ki, onlar qazandıqları böyük sərvəti çətin iş şəraitinə borcludurlar. Onların bir çoxu uzun iş saatlarından narazıdır, lakin yüksək maaşlara görə işləməkdən imtina edə bilmirlər.
2019-cu ildən bəri "Nvidia"nın səhmlərinin qiyməti 3,776% artıb. Bu isə şirkətin qiymətli kağızları şəklində bonuslar alan işçilərin sərvətinin kəskin artmasına səbəb olub. "LinkedIn"ə görə, hər iki "Nvidia" işçisindən biri 25 milyon dollardan çox səhmə sahibdir.
Ancaq işçilər 7 günlük iş həftəsindən, gecələr saat 2-yə qədər işləməkdən, gərgin iclaslardan və iş saatlarına rəhbərliyin ciddi nəzarətindən olduqca narazıdırlar. Bu, "qızıl qandallar" işçilərin psixi sağlamlığına və şəxsi həyatına mənfi təsir göstərə bilir.
Qeyd edək ki, buna baxmayaraq, "Glassdoor"un "İşləmək üçün ən yaxşı yerlər 2024" siyahısında "Nvidia" ikinci yeri tutur.
Ləman
-
Dünya19:24Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq
-
Magazin118:24Mətanət İsgəndərli dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO
-
Avropa17:48Berlindən müəmmalı qərar: Hərbçilər təcili Qrenlandiyadan çıxarılır
-
İdman16:58“Qarabağ”la oyundan öncə “Ayntraxt”dan şok qərar: Baş məşqçi qovuldu
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
-
MDB16:18Donmuş avtomobilini qızdıran zaman yandırdı - VİDEO
-
Nəqliyyat16:09Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
-
Magazin214:2870 yaşlı keçmiş siyasətçi çimərlik geyimində poza verdi - FOTO










.jpg)





.jpg)










.jpg)










