Ekopublika.az
Ev almaq istəyənlərin NƏZƏRİNƏ!
Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,2 % artıb.
Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Həm ilkin, həm də təkrar mənzil bazarında bahalaşma olub
Onun sözlərinə görə, ilkin mənzil bazarında aylıq müqayisədə 1 %, illik müqayisədə isə 12,9 % bahalaşma qeydə alınıb. Bazarda təklif sayı isə ay ərzində 2,5 %, il ərzində isə 14,5 % artıb.
Təkrar mənzil bazarında isə yeni tikililərdə qiymətlər ay ərzində 1,5 %, il ərzində 10,9 %, köhnə tikililərdə müvafiq olaraq 1,1 % və 9,8 % artıb. Bazarda təklif sayı isə ay ərzində 2 %, il ərzində isə 17 % yüksəlib.
Kirayə bazarında qiymətlər sabit qalıb
Fevralda paytaxtda kirayə qiymətləri sabit qalıb, amma 1 il əvvələ nisbətən 9 % bahalaşma müşahidə edilib. Kirayə mənzillərin təklif sayı ay ərzində 1,1 %, il ərzində isə 15,9 % artıb.
İnvestisiya məqsədilə alınan yeni tikililərdə bahalaşma davam edir
V.Oruc əlavə edib ki, təməl (kotlovan) mərhələsində olan yeni tikililər üzrə qiymətlərdə kəskin bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, hazır binalarla müqayisədə, yanaşı yerləşən yeni tikililər bəzi hallarda 5-18 % daha yüksək qiymətə təklif edilir.
Ekspertin fikrincə, bu tendensiya daşınmaz əmlak bazarında yeni bir fenomen kimi ortaya çıxıb və əsasən investisiya maraqlarını əks etdirir. Yəni vətəndaşlar hələ inşası başa çatmamış mənzilləri gələcəkdə daha yüksək qiymətə satmaq üçün alırlar.
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş







































.png)