İmamoğlunun həbsi Türkiyə iqtisadiyyatına necə təsir etdi? - 3 gündə 26 milyard dollar...
Bizi izləyin

Ekopublika.az

İmamoğlunun həbsi Türkiyə iqtisadiyyatına necə təsir etdi? - 3 gündə 26 milyard dollar...

İmamoğlunun həbsi Türkiyə iqtisadiyyatına necə təsir etdi? - 3 gündə 26 milyard dollar...

İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlunun saxlanıldığı 19 martdan bu günə qədər Türkiyə Mərkəzi Bankının lirənin mövqeyini möhkəmləndirmək üçün xərclədiyi vəsait açıqlanıb və bu, kifayət qədər sensasion rəqəmlərdir.

Publika.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında bildirib.

“Son 3 gündə (19-20-21 mart) Türkiyə Mərkəzi Bankının yerli bazarda satdığı valyutanın həcmi 26 milyard dolları ötüb

(İmamoğlunun saxlanılmasından əvvəl MB-nin net rezervləri svop daxil 73,9 milyard dollar, svop xaric 65,4 milyard dollar idi).

Polis əməliyyatının həyata keçirildiyi gün – 19 martda ölkədən 15 milyard dollar kapital çıxışı baş verib.

Mərkəzi Bank TL-ni dəstəkləmək üçün bazara birbaşa müdaxilə ilə bərabər, aşağıdakı alətləri də işə salıb:

– Gecəlik (qısamüddətli) borc faizi 2% artırılaraq 46%-ə qaldırılıb. (Dövriyyəyə buraxılan pul kütləsini azaltmaq üçün);

– Həftəlik repo hərracları (bankların nəğd pulla təmin edilməsi) müvəqqəti dayandırılıb;

– Bazara 3 aylıq likvid kağızlar çıxarılıb. (Bazardan nəğd pulun toplanması üçün).

Bundan başqa, Türkiyənin 2 illk, 5 illik və 10 illik dövlət kağızlarının faizləri, eləcə də kredit risk əmsalı (CDS) yüksəlib ki, bunlar dövlətin daha yüksək faizlə borclanması və ölkəyə yatırım gəlməsinin daha da çətinləşməsi deməkdir. (Türkiyənin toplam xarici borcu ötən ilə olan məlumata görə, 526 milyard dollar təşkil edir)" - deyə politoloq qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm