Ekopublika.az
“TBC Kredit" BOKT-un lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "TBC Bank"ının yerli törəməsi "TBC Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını onun öz istəyi ilə ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov “TBC Bank"ın nümayəndəsi və "TBC Kredit"in Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib. Görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.
S.Tetraşvili Azərbaycanda BOKT-ların fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunub bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkür edib. O, həmçinin “TBC Bank"ın strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit"in fəaliyyətinin dayandırılması, bu məqsədlə təşkilatın lisenziyasının könüllü şəkildə ləğv olunması üçün müraciət edildiyini qeyd edib. Yekunda “TBC Bank" gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və Qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.
AMB “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsinə əsasən “TBC Kredit"in təqdim etdiyi ərizədən irəli gələrək oma verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil. Qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,453 milyon manatdır. BOKT 2024-cü ili 71 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 17,8 dəfə azdır.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

































