İslamiada
Basketbol 3x3 üzrə kişilərin yarışında Azərbaycan millisi YARIMFİNALDA
Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının üçüncü günündə qadınların və kişilərin mübarizəsində dörddəbir final mərhələsinə start verilib.
Qadınların yarışında ilk görüşdə Mali və Fələstin yığmaları qarşılaşıblar. Görüşdə daha üstün oyun nümayiş etdirən Malinin qadın basketbolçuları 18:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər. Yarımfinalın ikinci iştirakçısı gərgin idman mübarizəsi şəraitində keçən oyunda Suriya yığmasını 16:14 hesabı ilə məğlub edən Türkmənistan millisi olub.
Kişilərin yarışında basketbol 3x3 üzrə Azərbaycan millisi İndoneziya ilə oyunu vaxtından əvvəl qələbə ilə başa vurub - 21:13. Bu qələbə sayəsində kişi basketbolçularımız adlarını yarımfinala yazdırıblar. Kot d'İvuar yığması isə oyuna çıxmadığı üçün Türkiyə millisinə texniki qələbə verilib.
Beləliklə, basketbol 3x3 yarışlarının üçüncü gününün birinci yarısında keçirilmiş oyunlar nəticəsində Malinin və Türkmənistanın qadın, Azərbaycanın və Türkiyənin isə kişi idmançıları yarımfinala vəsiqə qazanıblar. Dörddəbir final mərhələsinin digər görüşləri günün ikinci yarısında oynanılacaq.
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı





















.jpg)















