Köşə
Meyxanaya və Rəşad Dağlıya sözardı - Salam olsun qapısı bağlı qalan oğlanlara
“Rəşad Dağlı söyüşə görə adam öldürüb”. “Rəşad Dağlı o narkomana əcəb edib” və s. kimi fikir ayrılıqları gündəmi çalxalayır.
Axı sən Rəşad Dağlı, “vor” aləmindən danışan, “makasin” geyinib əlində təsbeh fırladan “Canavarlar sirkdə təlxəklik etməz” deyən 15 yaşlı uşaq deyilsən ki, təhqirə görə insanı qətlə yetirəsən. Söyüşə görə adam öldürmək, nə bilim...Axı sən deyirdin “Şir həmişə şirdi, məəm qərdeşim”. Axı bu qətl meyxananın “ustadına” “şirə” yaraşan iş deyil.
Təəssüf ki, meyxanaçılar meyxananı dinin, xurafatın, məzhəbçiliyin, aqressiyanın alətinə çeviriblər. Sözsüz ki, hər insan potensial cinayətkardır və qətl törətmək bacarığına malikdir. Bu, tək meyxanaya aid deyil, başa düşürəm.
Silah əlindədir, düşmən öldürsən qəhrəman, insan öldürsən qatil olursan.
Yeri gəlmişkən, mərhumun 15 gün əvvəl həbsdən çıxması, narkoman olması onun öldürülməsi gerçəyini dəyişmir və qətli törədənə bəraət qazandırmır.
Hər kəsin həyat tərzi birbaşa olaraq onun duyğu və düşüncələrinə əsaslanır və o tərzə uyğun olan istənilən şeyə reaksiya verir.
Acı da olsa, reallıqdır budur ki, ölkəmizdə insanların əksəriyyəti hüquqa yox, mental qəliblərə önəm verirlər. Ona görə də qayda-qanun deyil, mentallıq ön plandadır.
Amma hər nə qədər mühafizəkar bir cəmiyyətdə böyüsək də, mən indiyə qədər “söyüşə görə ölüm cəzası verilməlidir” kimi yazılmamış qanunla rastlaşmamışam. Ümumiyyətlə söyüşə görə adam öldürməzlər. Bu yaxınlarda belə bir cümləyə rast gəldim: “İlk dəfə söyüş söyən insan mədəniyyətin təməlini qoyub”. Yəni həmin adam Qabil olmayıb, əlinə daş alıb onu əsəbiləşdirənin başına vurmayıb. Bunun əvəzinə sakitcə söyüb, içini boşaldıb, çıxıb gedib. Amma təəssüflər olsun ki, bu gün vəziyyət tamam başqadır. Artıq söyüş nəinki “mədəniyyət” kimi qəbul edilir, əksinə qətl səbəbinə çevrilib.
Erix Maria Remarkın belə bir sözü var: içimizdəki qatilin üzə çıxması üçün yaxşı bir səbəb, pis bir gün yetər.
Rəşad Dağlını sevmək və ya sevməmək, onu təqsirləndirmək, yaxud haqlı bilmək. Bunlar ideologiyanın bir parçasıdır. Eyni ideologiyaya sahib olduğun bir insan adam öldürürsə, sən ona məntiqli yanaşmırsan, emosional şəkildə qarşındakını günahlandırırsan. Sonra sosial mediada “Allah qapısını açsın”, “Düz edib də” və s. kimi rəylər yazıb missiyanı tamamlayırsan. İdeologiya nəyi diktə edirsə, onu edirsən.
Beynimizin maraqlı bir xüsusiyyəti də budur ki, o, metafora ilə çalışır. Yəni hərəkətə keçməyimiz üçün məntiqimizdən daha çox duyğularımıza və ən əsası metaforik ifadələrə ehtiyacımız var.
Məsələn, yerə zibil atan birisinə “Xahiş edirəm, buranı zibilləməyin” “ Bura zibil atanın...” və s. kimi cümlələr desən, heç vaxt effektiv olmayacaq. Bunun əvəzinə “Getdiyiniz yerə zibil atmayın ki, GƏLƏCƏYİNİZ yol təmiz olsun” cümləsi daha çox təsir edəcək.
Məhz bu səbəbdən bir insana məntiq yolu ilə nəyisə izah etməyə çalışırsansa və əgər onun duyğularına təsir göstərmirsənsə, hərəkət etməyəcək, ya da nəyisə məcbur edəcək. Göründüyü kimi, mürəkkəb canlılar olsaq da, sadə psixoloji sistemlə idarə olunuruq.
Cəmiyyətimizdə insanların əksəriyyəti “düşünən və düşündürən insanı” sevmir, səbəb odur ki, onlara bənzəmirlər.
Hər insan öz oxşarına tərəf meyl edir, özünə bənzəyən birini axtarır və təsirlənir.
“Canını qurban et qaqa, can deyən kasıblara
Hərdən inanmaq istəyirsən o şirin yalanlara
Öləndə cavab verəcəksən boşa gedən anlara
Salam olsun qapısı bağlı qalan oğlanlara”.
...Bu misralar hər nə qədər mənasız səslənsə də, musiqi ilə oxusam, qısa zamanda trendə çevriləcək. Çünki daha öncə vurğuladığım kimi, bir çox insanın həyat və düşüncə tərzi eynilə belədir.
İnsanlar kütləvi şəkildə, onların duyğularına, həyat tərzinə təsir edənlərə bənzəməyi seçirlər.
Ayşən Rəhim
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ































