Köşə
Nərminin qatilini (qatillərini) kim tapacaq?
Qan Turalı
“Gecikmiş ədalət ədalət yox, zülmdür” aforizmi İlkin Süleymanovun məhkəmə prosesində özünün ən aydın təzahürünü tapır. Bəli, məhkəmə sona yaxınlaşır, İlkin Süleymanov əleyhinə istintaqın irəli sürdüyü ittiham aktı darmadağın edilir. Ancaq İlkin Süleymanovun həbsxanada üçüncü ili bir neçə gün sonra tamam olur.
Eyni Tərtər hadisələrində olduğu kimi burada da gecikmiş bir ədalət baş verəcəkmi? Sözsüz ki, ictimaiyyətin diqqət mərkəzində olan bir məhkəmə işində ədalətsiz qərar verilə bilməz. Ya da ədalətsiz qərarın ömrü uzunmüddətli ola bilməz. Bununla belə, prosesin mahiyyətinə enmək üçün bəzi məqamlarla mühakimələr yürütmək gərəkdir.
Media cinayətin üstünün açılmasına daha çox diqqəti çəkir, ancaq onunla üzvi əlaqədə olan başqa bir mühüm məsələ də var. Necə olur ki, Nərmin Quliyeva oğurlanır, (ya da başqa ssenari ilə yoxa çıxır) ancaq onun izinə 47 gün ərzində rast gəlinmir. 47 gün sonra həm qurbanın meyiti üzə çıxır, həm də qatil... Diqqəti məhz bu məqamın üstünə cəmləşdirmək gərəkdir.
Nərmini əmisigilə gedən yerdə görənlər var. Eləcə də onun arxasınca əmisigilə gedən bacısı Şəbnəmi də... Ancaq nədənsə Nərmini əmisigildən çıxanda heç bir adam görməyib. İstintaqın bu suala bir cavabı yoxdur. “Cavab” sözü nəzakətlə deyilib, əslində isə istintaq heç bu məsələni əsaslı şəkildə araşdırmayıb da.
Nərminin bacısı Şəbnəm Quliyevanın “Sarı taksi” yalanı, əmisinin, atasının, anasının hətta əmisi arvadının bu yalana sarılması ancaq polisin bu yalanı birmənalı şəkildə ifşa etməsi tədqiq edilməmişdir. İstintaqı azdırmaq, dar dalana dirəmək üçün ortaya atılmış bu yalan hansı məramla söylənmişdi? Polis və prokurorluq orqanları yalanı ortaya çıxartsalar da onun səbəblərini aşkarlamağa cəhd göstərməyiblər. Bu haqda bu linkdən oxuya bilərsiniz.
https://publika.az/news/projects/403061.html
Keçmiş Baş Prokuror cinayət işinin Prezidentin xüsusi nəzarətində olduğunu elan etdiyindən cəmi bir gün sonra İlkin Süleymanov haqqnda həbs qətimkan tədbiri seçildi. Bu Baş Prokurorun məsuliyyətdən xilas olmaq üçün İlkin Süleymanovu qurban vermək cəhdinin nəticəsidir. Baş Prokurorluq İlkin Süleymanovun evindən götürülən qan izləri barədə də açıqlama yaymış ancaq ekspertiza həmin qan izlərinin Nərmin Quliyevaya aid olmadığını bildirmişdi.
Aydın görünən ssenari də budur, səhlənkarlıqla aparılan cinayət işi divara dəydikdə bir qurban seçilir. Ancaq istintaq orqanı hadisənin böyük ictimai rezonans yaratdığının, ictimaiyyətin diqqət mərkəzində olduğunun, ağıl və zəkanın sərhədlərindən çox uzaqda dayanan ittiham aktının bir vəkilin, bir jurnalistin həmləsi ilə yerlə-yeksan olacağını hesablaya bilməmişdir.
Nərmin Quliyevanın ailəsinin hadisədən sonra zənginləşməsini necə izah etmək olar? Nərmin Quluyevanın anasınn polis rəisindən pul almasının izahı nədir? Ümumiyyətlə, ailənin şübhəli hərəkətləri hələ Xoşqədəm Hidayətqızının efirindən göz deşirdi. Və Azadlıq Radiosunun məhkəmə reportajında ana Aynurə İsmayılovanın jurnalistə kobud münasibəti qatilin tapılmasında ailənin maraqlı olmadığını göstərmirmi?
Prezidentin Nərmin Qulyevanın itkin düşdüyü günlərdə cinayətin üstünün açılması ilə bağlı əmr verdiyi deyilir. Söz yox ki, Prokurorun bu haqda mətbuata danışması ilə verilmiş əmr arasında müəyyən bir zaman var. Bu məqamda Nərminin meyitinin ortaya çıxması və qatilin tapılması əsaslı şübhələr doğurur. Bu şübhələrin biri də həmin meyitin Nərmin Quliyevaya aid olub-olmamasıdır. Nərminin atasının bu barədə ifadələri də inam doğurmur. Meyit tapldıqdan sonra həmin yerin qazılmasının da məntiqi naməlumdur.
Bəziləri cinayəti törədənlərin istintaq orqanları tərəfindən ört-basdır edildiyini düşünür. Ancaq Prezidentin nəzarətində olan bir məsələdə belə bir ssenari ağlabatan görünmür. Ən diqqətəlayiq və əsaslı variant isə cinayətin üstünü aça bilməyən istintaq orqanlarının İlkin Süleymanovu günahlandıraraq öz bacarıqsızlıqlarını pərdələmək cəhdidir.
Ancaq burada qatili tapılmayan bir uşaq var. Haqqında heç bir sübut olmadığı halda üç ildir məhbəs həyatı yaşayan bir qurban var.
Həm Nərmin, həm İlkin üçün ədalət gərəkdir...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO















.webp)













.jpg)


