55 yaşını qeyd edən aktyor: “Düz 25 ildir ki...”
Bizi izləyin

Magazin1

55 yaşını qeyd edən aktyor: “Düz 25 ildir ki...”

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, bu yaxınlarda “Əməkdar artist” fəxri adına layiq görülən Əzizağa Əzizov doğum gününü qeyd edir.

Aktyor Publika.az-a açıqlamasında 55 yaşını təmtəraqlı qeyd etməsə də, yüksək əhval-ruhiyyədə olduğunu bildirib:

“Təqribən 25 ildir ki, ad günümü təntənəsiz, təmtəraqsız – çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya “Sağ olun! Var olun!” deyirəm. Bildiyiniz kimi, bu yaxınlarda “Əməkdar artist” fəxri adına layiq görüldüm. Sənətimi bu cür yüksək qiymətləndirdiyinə görə bir daha ölkə başçısına təşəkkür edirəm. Doğum günüm ərəfəsində mənə verilmiş bu yüksək qiyməti, fəxri adı 55 illik yubileyimlə bağlı ən böyük hədiyyə hesab edirəm”.

Qeyd edək ki, Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-cı ildə anadan olub. 1999-cu ildən bu günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Buna misal olaraq Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun»unda Qoçu Əsgər, Emin Sabitoğlu, Tamara Vəliyevanın «Bankir adaxlı»da Zaur, Oqtay Rəcəbov, Aqşin Babayevin «Əlin cibində olsun»da 1-ci adam, Ramiz Mustafayev, Abdulla Qüdrətin «Volqalı canan»da Doymaz, Sərdar Fərəcov, Əli Əmirlini «Səhnədə məhəbbət»ində Şvartsneger, Vasif Adıgözəlov, Anarın «Aldın payını, çağır dayını»da Mərdi Məzarov, Sərdar Fərəcovun «Birgünlük xəlifəlik»də şah, Ramiz Mirişli, Marat Haqverdiyevin “Qısqanc ürəklər”ində Mikayıl, Süleyman Ələsgərov, İsi Məlikzadənin “Kələkbazlar” tamaşasında Seyfi, Cavanşir Quliyev, Əli Əmirlinin “Yeddi məhbusə anası”nda ata Babək, İmre Kalmanın “İddialı qaraçı”da Polkovnik, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Sultan bəy,Viktor Dolidze, Akvsenti Saqarellinin “Xanuma”da Mixo, Siyavuş Kərimi, Ə.Olun “Kimyagər”də Hacı Kərim və s. yaddaqalan obrazları qeyd etmək olar. Bir sıra serial və filmlərdə, o cümlədən “Aramızda qalsın”da Əjdər, “Ci-Mi”də Badrinarx, “Dəvətnamə”də pulyazan, “Hərənin öz payı+tayı”nda Əlipaşa, “Şans”da Səlam, “Yaşıl eynəkli adam-3”də Serjant, “Qardalı kəndinin gecələri”ndə Xasməmməd, “Bizim bayram”da Əzizağa, “Bir ailəm var”da Vidadi və başqa obrazları canlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm