Magazin1
Rus Dram Teatrı Tiflisə gedir
Oktyabrın 26-dan 30-dək Tiflisdə "Rus klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının yubiley şənlikləri və Rus Teatrlarının Ümumdünya Konqresi keçiriləcək.
Publika.az xəbər verir ki, tədbirə müxtəlif ölkələrdə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri dəvət olunub.
Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına dəyirmi masalar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.
Azərbaycandan bu önəmli konqresdə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissor Aleksandr Şarovski iştirak edirlər.
Teatrdan Publika.az-a verilən məlumata görə, bu səfər son 5 il ərzində Səməd Vurğun adına Rus Dram Teatrı ilə Qriboyedov adına Tiflis Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradılan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır.
Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubu oxuyacaq.
İsa Şükürov
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ


































