Magazin1
Xalq artisti: “Pula görə hər təklifə “hə” desəm…”
“Heç vaxt maddiyyata görə, layiq olmadığım rola çəkilib, özümü gözdən salmaram. Çünki tamaşaçılarım məni hər zaman səviyyəli, sanballı obrazlarla tanıyıb və sevib. Qazandığım tamaşaçı rəğbətini bir günün içində itirmək istəmirəm”.
Bu sözləri Publika.az-a xalq artisti, tanınmış aktyor Rafiq Əzimov söyləyib.
Filmlərə çəkilmək arzusunda olan aktyor gözlədiyini deyib:
“Bu gün seriallar çəkilir, məni də dəvət edirlər. Amma özümü o rollarda görə bilmirəm. Sanballı ssenarilər yazılsa, yaşıma, sənətimə uyğun gələn obrazlar olsa, təklifi dəyərləndirərəm. Yoxsa ki, pula görə gedib hansısa səviyyəsiz rolda görünüb, sonradan xəcalət çəkmək istəmirəm. İstəyirəm, tamaşaçımın xəyalında necə varamsa, elə də qalım. Yaşımın və sənətimin elə bir mərhələsindəyəm ki, hər təklifə, hər zəngə “hə” cavabı verə bilmərəm”.
Cəvahir Səlimqızı
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video
-
Maraq dünyası09:12İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir








.jpg)


.jpg)























