Magazin1
Azərbaycanlı MƏŞHUR: 18+ xəbərdarlığı qorxu filmlərinə də aiddir” – FOTOLAR
Rejissor Tahir Əliyev 18+ xəbərdarlığı adı altında təqdim olunan filmlərdən danışıb.
Publika.az-a açıqlama verən rejissor insanların nədən belə filmlərə maraq göstərməsinin səbəblərini izah edib:
“Biz müsəlman ölkəsiyik, istər-istəməz 18+ xəbərdarlığından istifadə etməliyik. Amma hansı filmdə 18+ xəbərdarlığı varsa, o saat insanların gözü qabağına erotika, intim, sevişmə, yataq səhnələri gəlir. Amma 18+ xəbərdarlığı qorxu filmlərinə də aiddir. Hansısa uşaq oturub dinozavrın ürəyinin parçalanması səhnəsinə tamaşa edə bilməz. Bizdə qorxu barədə düşünən yoxdur, yalnız intim səhnələrə görə filmlərə maraq göstərirlər. Bunun da səbəbi həyat tərzimizlə bağlıdır. İnsan öz hisslərində tapa bilmədiyi rahatlığı erotik filmlərdə tapmağa çalışır. Buna görə də elə filmləri izləyir. Bir fransızı hansısa yataq səhnəsi ilə təəccübləndirmək olmaz, fransız erotik filmdən dərs deyər. Yaxud da, ona desən ki, 18 yaşlı bir qız intim zorakılığa görə özünü asıb, təəccüblənəcək ki, burada özünü asmalı nə var ki? Amma İranda bunu ekranlaşdırsan, sənə mükafat verərlər”.
T.Əliyev erotikanı bir sənət növü kimi dəyərləndirir: “Erotika əslində sənət növüdür. Nəinki erotika, qorxu, sevinc və digər emosiyaların hamısı insan hissləridir və onların kinoya gətirilməsi normaldır. Əgər filmin dramaturji həlli tələb edərsə, mən hansısa aktrisanı soyunmağa məcbur edərəm və film çəkərəm. Amma 4-5 dostumun, 5-6 tanışımın yanında fəxr edəcəyəmsə ki, hansısa qızı soyundurub çəkdim, sonra da çəkdim, bu, mənə lazım deyil”.
Asya
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
MDB13:07Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi




































