15 yaşlı xalq artisti – FOTOLAR
Bizi izləyin

Magazin1

15 yaşlı xalq artisti – FOTOLAR

Xalq artisti özəl bayramını qeyd edir.

15 sentyabrda Azərbaycanın xalq artisti, çağdaş estrada musiqisinə öz dəsti-xəttini gətirmiş bir sənətkar, Brilliant Dadaşovanın doğum günüdür. Qadından yaş soruşmağın qəbahət olduğunu nəzərə alıb, Brilliant xanımı öz təbirincə yazsaq, 15 yaşını qeyd edən yubiliyar kimi təbrik etməyə qərar verdik. Əslində, həmişə təvazökar olan bu xanım sənəti üçün heç də tərif dolu sözlər axtarışında olmayıb. Ziyalı alim Süleyman Dadaşovun ailəsində dünyaya göz açan Brilliantın böyük səhnəyə gəlişi heç də təsadüfi olmayıb. Anası, zamanında tanınmış qarmon ifaçısı olmuş Qızxanım Dadaşovadan bəhrələnən evin sonbeşik qızı hələ səkkizinci sinifdə oxuyarkən sənət korifeyləri - Rəşid Behbudov, Şövkət Ələkbərova ilə eyni səhnəni paylaşmaq şərəfinə nail olub. Bundan sonra yaradıcılıq yolunu uğurla davam etdirən müğənni ali musiqi təhsili almaqdan ötrü İncəsənət Universitetinə qəbul olur. Və uğurlu karyerasına start verib qarşısına qoyduğu məqsədə çatmaqdan ötrü uğurla addımlamağa başlayır. Mərhum virtuoz musiqiçi Rafiq Babayevin dəstəyini almış yeganə xanım müğənni olmuş Brilliant məhz ustadı bildiyi musiqiçinin bilavasitə iştirakıyla dünyanın əksər konsert salonlarında çıxışlar eməyə də müvəffəq oldu. SSRİ-nin xalq artisti Vaxtanq Kikabidze zamanında Brilliantı Rusiya estradasına qoşulmağa dəvət etsə də, o, Azərbaycan səhnəsinə çıxmağı daha önəmli saydı. Son 20 ildə hələ heç bir sənətçinin Türkiyə şou-biznesinə ayaq açmadığı vaxtlarda Brilliant Dadaşova qardaş ölkədə yetərincə sahib olduğu yüksək sənətini tanıtmağı bacardı. Pop-diva Ajda Pekkanı heyrətləndirən xanım Dadaşova sahib olduğu sənətin böyüklüyü ilə Ajdanın sevgisini qazandı, hətta "mən sənin səsindəki xırdalıqlara qibtə etdim" - sözlərini də eşitdi. Brilliant adını Pırlanta kimi improvizə edərək qəbul edən osmanlı türkləri xalq artistimizi öz müğənnilərindən ayırmırlar. İllərə meydan oxuyan xalq artistini təbrik edir, ona yeni-yeni nailiyyətlərə imza atmağı arzulayırıq.(PrimeTime.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm