Yaxın Şərq
10 günlük atəşkəs rejimi qüvvəyə mindi
Livan ərazisində 10 günlük atəşkəs rejimi qüvvəyə mindi
Pulika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) ümummilli radiostansiyası məlumat yayıb.
"İsrailin şimal rayonlarına endirilən bir neçə saatlıq fasiləsiz zərbələrin ardınca Livanda müvəqqəti atəşkəs rejimi rəsmən qüvvəyə minib", - radiostansiya bildirib.
Rəsmi olaraq atəşkəs Şərq yay vaxtı ilə aprelin 16-sı saat 17:00-da (Bakı vaxtı ilə aprelin 17-si saat 01:00-da) qüvvəyə minməli idi.
Bundan təxminən bir saat əvvəl İMQ-nin mətbuat xidmətindən bildirilib ki, ordu bölmələri "hazırda" Livanın "Hizbullah" radikal qruplaşmasının İsrailin şimalındakı yaşayış məntəqələri istiqamətində raketlər buraxdığı qurğulara hücum edir. İsrail mediasının məlumatına görə, radikallar ən azı 25 raket və üç dron buraxıblar.
ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəlib. Daha sonra ABŞ Dövlət Departamenti qeyd edib ki, atəşkəs tərəflər arasında birbaşa danışıqların davam etdirilməsi və regionda gərginliyin azaldılması üçün şəraitin yaradılmasına yönəlib.
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

















.jpg)



















