Magazin1
Dostu ölümündən sonra Fikrət Sadığın SIRRİNİ AÇDI
Yazıçı-dramaurq Firuz Mustafa sənət dostu Fikrət Sadıqla bağlı xatirəsini bölüşüb.
Publika.az xəbər verir ki, F.Mustafa sosial şəbəkədə stutus paylaşaraq mərhum şairin yalnız ona danışdığı bir əhvalatı xatırlayıb:
“Fikrət Sadıq vəfat etdi...
Görkəmli şairlə aramızda xoş ünsiyyət vardı. Oğlu Orxan Fikrətoğlunun da xətrini istəyirəm.
Fikrət müəllim söz üzərində işləməyi çox sevərdi. Onun bir çox qafiyələri, cinasları dillər əzbəridir. Məsələn bu tipli: “Yoxdur mədəniyyəti, vardır mədə niyyəti”, “Soyuz pisateley, soyuz pisatelye”, “Əgər varsa yubiley, onda onu yu biləy” və sair.
Bir dəfə Fikrət Sadıq mənə belə bir əhvalat danışdı: “Ötən əsrin söhbətidir. Ukraynaya getmişdim - şairə Lesya Ukrainkanın yubileyində iştirak edirdim. Böyük iclas zalında rəyasət heyətinin arxasında “yubilyarkanın”, yəni Lesyanın iri portreti vurulmuşdu. Şəklin altında isə iri hərflərlə onun adı yazılmışdı. Mən “Lesya” sözünü ürəyimdə əvvəlcə olduğu kimi, sonra tərsinə oxumağa başladım. Məəttəl qaldım, tərsinə oxuyanda “Lesya” çevrilib olurdu “Aysel”.
Elə iclasın ortasında qəfildən məni Ukrayna Yazıçılar Birliyi katibinin otağına dəvət etdilər. Soruşdum ki, nə olub, nə məsələdir? Dedilər ki, Bakıdan zəng vurub səni axtarırlar. Həyəcanlandım, fikirləşdim ki, görəsən nə olub? Tez-tələsik qaçıb dəstəyi götürdüm. Evdən zəng etmişdilər. Xəbər verdilər ki, qızım olub. Sevindim. Tapşırdılar ki, indi qızına elə bir ad tap ki, hamının xoşuna gəlsin. Mən təzədən iclas zalına qayıdıb portretə baxa-baxa bayaqkı kimi “Lesya”nın adını tərsinə oxumağa başladım. Bu sözün əksi heç də pis səslənmirdi: “Aysel”.
Bakıya dönəndən sonra doğum şəhadətnaməsi almağa getdim. Soruşdular ki, uşağın adını nə qoymaq istəyirsiz? Dedim ki, “Aysel”. Gözlərini döyüb dedilər ki, belə də ad olar? Dedim bəs onda hansı ad yaxşıdır? İdarənin bir işçisi bildirdi ki, müasir ad olsa yaxşıdır. Mən əlüstü dedim ki, onda qoy uşağın adı olsun “Betonə”. Soruşdular ki, bu adın mənası nədir? Dedim ki, bu,”beton” sözündən əmələ gəlib. Mən beton evdə yaşadığım üçün bu adı təklif edirəm. Elə bildilər ki, ciddi deyirəm, yenə razı olmadılar.
Xülasə, bir xeyli götür-qoydan sonra razılığa gələ bildik. Beləliklə, qızımın adı oldu “Aysel”. Deyəsən, bu əhvalatı ilk dəfə sənə danışıram”.
Allah, sənə rəhmət eləsin, Fikrət Sadıq”.
Cəvahir
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi










.jpg)






















