Magazin1
Aygün Kazımova Türkiyənin məşhur mükafatından imtina etdi
Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib.
Bunu Publika.az-a açıqlamasında Xalq artistinin
prodüseri Şahin Qurbanov bildirib.
Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi
yoğun iş qrafikidir:
"Aygün Kazımovanın bu il təşkil olunacaq "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur. Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. Bilirsiniz ki, səkkiz ay "Crystal Hall" konsertinə hazırlıq gedib. Və sentyabr ayında möhtəşəm konsert baş tutdu. Noyabr ayında isə "DAF BAMA MUSİC AWARDS" üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Aygün xanımın demək olar ki, istirahətə vaxtı yoxdur.
"Altın Kelebek" mükafatlandırması isə dekabr ayında olacaq. Həmin tarixə də imzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İl ilə əlaqədar bir sıra çıxışlarımız var. Bu səbəbdən təklifi rədd etməli olduq. Əlbəttə ki, çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik"
Xatırladaq ki, Aygün Kazımova 2012-ci ildə Türkiyədə təşkil olunan "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak edib.
-
ABŞ19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ






.jpg)
.jpg)

.png)



.jpg)

.jpg)





















