Mehriban Xanlarova və Rauf duelinin QURBANI: “Maşın”da QIRĞIN
Bizi izləyin

Magazin1

Mehriban Xanlarova və Rauf duelinin QURBANI: “Maşın”da QIRĞIN

ATV kanalında “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar və Cənablar” buraxılışı davam edir. Bu gün yarışmanın altıncı günü keçirilib.

Publika.az xəbər verir ki, yarışmanın qaydalarına əsasən sms səsverməsinə müğənni Rauf Əhmədov çıxıb. O, hədəfinin Mehriban Xanlarova olduğunu deyib.

M, Xanlarova isə Raufun bu qərarı ilə bağlı fikrini belə izah edib: “Rauf mənim rəqibim ola bilməzdi. Amma belə oldu. Bu gün səsvermədə onun şəklini də atmamışam. Ona hər zaman dəstək olmuşam. Deyiblər çıxarılsın, demişəm qoy qalsın”.

Ötən gün Rauf aktrisaya hücum çəkərək “Mehriban Xanlarova, bura teatr deyil. Mən şoudan Mehriban Xanlarovanı çıxartmaq istəyirəm. Rəqibim odur, başqa heç kim! Sabah əjdahanın başını özüm kəsəcəm” demişdi.

Səsvermə zamanı Zemfira Adıgözəlova bildirib ki, Rauf dünən Xatunun hədəfi olmamaq üçün Mehriban Xanlarovanın adını çəkib.

Görüntülərdən isə məlum olub ki, günorta studiyada söhbət edən Vüsalə Kərimova, Xatun və Rauf arasında qalmaqal yaşanıb. Rauf Xatuna “sənin kimilərlə savaşmaqdansa, mərdlə döyüşərəm deyib”, Xatun isə ona cavabında “Sənin kimilər nə deməkdir? Bir az danışığına fikir ver. Özünü elə aparırsan ki, guya sən bomba oğlansan. Sən oxuyan məktəbdə mən direktor olmuşam” deyib.

Aparıcı Vüsalə Kərimova “Sənin seçimin Ülviyyə Alovlu idi, necə oldu Mehriban Xanlarovaya dəyişdin?” deyə Raufa sual ünvanlayıb. Rauf isə ona “Özüm bilərəm. Çəkisi olmayan söhbət edirsən, hərflər tökülür ağzından. Sənin nə işinə?” deyə cavab verib.

Bunun qarşılığında əsəblərini cilovlaya bilməyən V.Kərimova ona sərt sözlər deyib:

“Sadəcə sənə sual verirəm. Ağızdan hərf tökülər da. İndi də Mehriban xanımdan mənə keçdin? Sən hamını burada təqhir edə bilmərsən, səni elə təhqir edərəm ki, yeddi qatından keçər. Mən sənə sual verirəm. Əcəb edirəm”.

Talıb Tale isə Ülviyyə Alovlunu ikiüzlü oyun aparmaqda ittiham edib. Bu sözləri eşidən Ü. Alovlu isə göz yaşlarını saxlaya bilməyib: “İlk gündən iştirakçılar Talıba qarşı çıxanda, Talıba dəstək mən olmuşam. İndi Talıbın mənə dediklərinə baxın. Çox təəssüf edirəm”.

V.Kərimova isə T.Taleyə dəstək verib:

“Talıba qatılıram. Bu qadın hamını qorxudur ki, heç kim mənimlə səsverməyə çıxmasın. Sən burada hamıya hədə-qorxu gəlirsən. O gün durub birinə deyirsən ki, gəl səninlə duelə çıxaq. Sonra da deyirsən ki, sən mənimlə bacara bilməzsən, səni ayaqqabı qarışıq yeyərəm”.

Qeyd edək ki, sonda Raufun lehinə 86.87 faiz səs verilib və yarışmada qalmaq haqqı qazanıb. O, Mehriban Xanlarovanın dünənki jestinə qarşılıq verib və onu verilişdən kənarlaşdırmayıb. Rauf əvvəlcə teleaparıcı Zemfira Adıgözəlova, sonra isə meyxanaçı Vüqar Əbdülovu, həmçinin özünü şoudan kənarlaşdırmaq istəyib. Sonda isə qərar verərək Zemfira Adıgözəlovanı şoudan göndərib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm