Magazin1
Damladan pərəstişkarlarına BÖYÜK MÜJDƏ: “Xoşbəxtlikdən göyün 7-ci qatında idim”
Baş rolda müğənni Damlanın və aktyor Rüfət Nəzərovun oynadığı “Taxta ayı” filminin ikinci hissəsi çəkiləcək.
Publika.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. Damla bildirib ki, “Taxta ayı” bir neçə gün əvvəl Xəzər Televiziyasında nümayiş olunub. Ulduzun sözlərinə görə, ekran işi televiziyada göstərildikdən sonra pərəstişkarlarından və izləyicilərdən çoxsaylı istəklər alıb. Odur ki, layihənin ikinci hissəsinin çəkilməsinə qərar verilib:
“O qədər sevgi dolu mesajlarınız gəldi ki, xoşbəxtlikdən göyün 7-ci qatında idim. Bundan böyük xoşbəxtlik nə ola bilər? “Taxta Ayı 2” gəlsin” deyənlər, hələ də dayanmadan yazanlar var. Sizin hər istəyiniz, hər kəlməniz qanunumdur. Niyə də olmasın?! Yetərincə gözəl komediya filmlərimiz çəkilir. Düşünürəm ki, dram janrında da filmlərimiz olmalıdır. Biz bunu bacardıq. Allahıma şükürlər olsun ki, zəhmətimiz yerdə qalmadı. Ona görə də yenidən iş başına keçirik”.
Qeyd edək ki, bir ay boyunca kinoteatrlarda nümayiş olunan “Taxta ayı” filminin rejissoru dələ ləqəbli Cavid Orucov, ssenari müəllifi isə Fariz Əliyevdir. Dram janrında çəkilən filmdə Mehriban Xanlarova, İlqar Cahangir və digər aktyorlar rol alıb. Damlanın bədbəxt olmuş qadını canlandırdığı filmin əsas xəttini bakirəlik və qisas mövzusu təşkil edir.
Ekran işinin 100 min manata başa gəldiyi iddia edilsə də, müğənni bu xəbəri təkzib edib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)

.jpg)











.jpg)














.jpg)
.jpg)

