Magazin1
Azərbaycanlı məşhurun gözü qarşısında oğul atasını YANDIRDI - VİDEO
Aparıcı Hüsniyə Məhərrəmovanın instaqramda paylaşdığı son videosu böyük səs-küy yaradıb.
Publika.az xəbər verir ki, aparıcı “Oralar” verilişinin çəkilişi üçün Nepala yollanıb. Səfər zaman qarşılaşdığı maraqlı hadisələri sosial şəbəkədə paylaşan H.Məhərrəmovanın paylaşımı diqqət çəkib. Belə ki, o, kremasiya (insanın meyitinin yandırılması) prosesinin fonunda video çəkərək sosial media hesabında yerləşdirib.
Hadisənin şahidi olan aparıcı təəssüratlarını belə ifadə edib:
“Paşupatinat məbədi induizmin “Məkkə”sidir. Buraya dünyanın hər yerindən hindu zəvvarları gəlir və əsasən ölməyə. Burada ölüm, kremasiya olunub, külü Baqmati çayına axıtmaq həyatın ən gözəl sonluğu hesab olunur. Çayı ortadan bölən körpünün cənubunda varlılar, şimalında kasıblar yandırılır.
Hazırda arxamda yaşlı bir kişini kremasiya edirlər. Böyük oğlu üç dəfə ətrafına fırlanaraq, onu yandırır. Mərasimdə mərhumun bütün ailə üzvləri iştirak edir. Bir bədənin sonadək yanıb kül olmasına təxminən üç saat vaxt lazımdır.
Ətrafda çox xoşagəlməz iy var. Tüstü burun-boğazı yandırır, ağızda pis tam əmələ gəlir. Turistlərin bəziləri burnunu, ağzını bağlayır, bəziləri buna baxa bilmir, digərləri isə mənim kimi bunun canlı şahidi olduğuna görə sevinir.
Dünya çox maraqlı və rəngarəngdir. Birinə vəhşilik kimi gələn bir şey, digəri üçün ən ali nöqtədir. Ən böyük xoşbəxtlik bu planetə “Homo Sapiens” olaraq gəlib, bütün bunları görməkdir. Səyahət edin. Dünyada bundan gözəl heç nə yoxdur”.
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər

























.jpg)












