Azərbaycanlı aktyorlar dəlixanaya düşdü – VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktyorlar dəlixanaya düşdü – VİDEO

Dünən Əlibəy Məmmədli, Türkay Cəfərli və Cövdət Şükürovun baş rollarda çəkildiyi “Kino Kino” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir komediya janrında və Bakıda real hadisələr əsasında çəkilən ekran işinin quruluşçu rejissoru Gəray Həsənov, rejissoru Nicat Ələsgərov, ssenari müəllifləri isə Züleyxa Nael və Gəray Həsənovdur.

Azərbaycanın yeni nəsil aktyorlarının ən parlaq simalarının baş rolları oynadığı filmdə Sahib Zaman, Günel İmanova, Nəsibə Eldarova, Sahin Nəsirli, Yeganə Orucova və başqaları da çəkilib.

Filmin ssenaristi Gəray Həsənov layihə haqqında fikilərini Publika.az-a bölüşüb:

“Film üç dost - aktyor, ssenarist və rejissorun ciddi bir film çəkməsindən, daha doğrusu, çəkmək səylərindən danışır. Belə ki, onlar "Canavar" adlı kriminal drama çəkməyə qərar verir. Çəkilişlər üçün pul lazımdır, məhz bu səbəbdən, onlar sponsorun axtarışlarına başlayır. Təəssüf ki, dostlar müraciət etdiyi investorlardan qeyri-adekvat cavablar alır. Məlum olur ki, sponsorları komediya və ya erotik filmlər daha çox maraqlandırır. Faktiki olaraq dostlar rədd cavabı alır. Amma onların belə tez təslim olmaq fikri yoxdur. Odur ki, əlacsız qalan bu üç yaradıcı şəxs öz cibi hesabına film çəkməyə qərar verir. Bunun üçün dostlardan biri öz avtomobilini satır, başqa dostu öz ailəsindən miras qalan qədim xalçalarını, üçüncüsü isə xanıma qızılını satmağı təklif edir. Lakin üçüncü dostun həyat yoldaşını qızıllarını satmağa razı salması çətin olur. Ümumilikdə, film aktyorların film çəkmək və dünya şöhrəti qazanmaq arzuları, amma bu arzuların yarımçıq qalmasından danışır. Film aktyorların dəlixanaya düşməsi və orada başlarına gələn sürprizlərlə yekunlaşır".

Rejissor bildirib ki, ekran işində müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti tənqid edilib:

“Burada hazırkı Azərbaycan kinosunun çatışmayan tərəflərini göstərməyə çalışmışıq. Aktyorlara bu gün kifayət qədər dəyər verilmir. Bu sənət adamlarının yaralı yeridir. Çalışımışıq ki, kino xadimlərini narahat edən müəyyən məqamları, yaralı yeri az da olsa qabardaq və izləyiciyə çatdıraq. Kommersiya baxımdan hər kəs komediya filmlərinə üz tutur. Biz də komediya çəkmişik. Amma bizdə yumor fərqlidir, keyfiyyətlidir.

Bu baxımdan “Kino Kino”nu digər komediyalardan fərqləndirən cəhətlər çoxdur. Başlıcası söz oyunundan qaçmışıq, ikincisi, hadisə komediyasına üstünlük vermişik, üçüncüsü isə tənqidi məqamları təsvir yolu ilə insanları güldürmək istəmişik. Tamaşaçı filmdə komik səhnələrə gülsə də, şüuraltında mövcud problemləri də düşünməyə başlayacaq. Ən böyük sürpriz tamaşaçını sonda gözləyir. Onu da qeyd edim ki, filmin ana xətti real hadisələrdən götürülüb. Təbii ki, ssenarinin maraqlı olması üçün bəzi səhnələr bəzədilib və əlavələr edilib. Filmə sona qədər baxanlar bu hadisələrin əslində kimin başına gəldiyini sonda öyrənə biləcək”.

Gəray Həsənovun sözlərinə görə, aktyorlar öz rollarının öhdəsindən yüksək səviyyədə gəlib:

“Əlibəy Məmmədli ilə Türkay Cəfərli ilə iş birliyimiz olmuşdu. Cövdət Şükürov bir qədər qapalı insan təsiri bağışlayırdı. Amma onu bu filmdə tamamilə fərqli ampluada görə biləcəksiniz. O, komedik rolu çox uğurla oynadı. Üçünün də ifası maraqlı və yaddaqalan alınıb".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm