Magazin1
Mərhum diktorun qızı anasının ölümü haqqında: “Üzünü qibləyə çevirib dedi ki...” - - VİDEO
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum diktor, Əməkdar artist Natavan Hacıyevanın həyatından danışılıb.
Publika.az xəbər verir ki, aparıcının qızı Cəmilə Davudova anası ilə bağlı xatirələrini bölüşüb:
“Onların çox gözəl kollektivi var idi. O, balaca otaq onların yuvası idi. Verilişə hazırlaşanda gecə yatmırdı. Deyirdim ki, elə bil birinci dəfədir efirə çıxırsan. Deyirdi ki, sən onu başa düşməzsən, məni xalqım yaşadır. Onun çalışdığı televiziyada yaşlı nəslin diktorlarına başqa cür münasibət oldu, hamı təqaüdə çıxdı. Amma orada işləyə bilərdilər. Nəsə belə alındı. Anidən müayinədən keçdi. Sağlam adam... Düzdü özünə demədilər, sadəcə dedilər ki, qaraciyərinizdə bir balaca problem var. O evə gəldi və sonra dedi ki, mən nahaq gedib müayinədən keçdim. Sözün düzü, ondan gizlətdik, amma belə tez olmağını təsəvvür etmirdim. Aprelin 30-u elə bil can üstündə idi. Qohumlar hamı yığılmışdı. Dedi ki, çox pisəm, mən gedirəm. Deyirdi ki, sizdən ora salam aparacam, orada hamı məni gözləyir. Əli ilə göstərib dedi ki, məni üzü qibləyə çevirin. Biraz əziyyət çəkdi və sonra dedi ki, bugün olmayacaq, hamınız durun gedin, olsa sabah günortaya olacaq. Heç nə yeməyən adam, səhərə yaxın məndən bir parça çörək istədi. O, çörəyi öz əli ilə boğazına itələyirdi. Təəccübləndim ki, axı güclə nəyə görə yeməli idi. Bir ay idi ki, yemirdi, amma ölümünə bir neçə saat qalmış çörək istədi. Onu deyə bilərəm ki, ana, mən səni həyatımdan da çox sevirəm. Bilirəm ki, onun ruhu şaddır. Mən bu gün oturub onun xatirəsindən kamera qarşında danışıram”.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var









.jpg)

.png)















.jpg)
.jpg)





