Magazin1
Hindistanlı şəxs Nüsrət Kəsəmənlinin oğlunun BAŞINA OYUN AÇDI: Qızları aldadır və...
“Əcəb zibiliə düşmüşəm. Reşma adlı hindistanlı bir qız mənə yazıb ki, Moses adında biri şəkillərimdən və videolarımdan istifadə edərək, fərqli ölkələrdən olan qızları aldadır və pul alır. Bu hind qızdan da 800 dollar alıb. Axır ki, məni tapıb və “WhatsApp” yazışmalarını mənə göndərib".
Publika.az xəbər verir ki, bu sözləri şair Nüsrət Kəsəmənlinin oğlu, tanınmış aktyor Rəşad Kəsəmənli sosial şəbəkədə yazıb. O, bildirib ki, özünü Moses adı ilə tanıdan şəxs onun fotolarından istifadə edərək əcnəbi qadınların pullarını mənimsəyir. Onun adından istifadə edərək qadınları aldadan hindistanlı gənci ifşa edən aktyor daha sonra aylıq maaşını çox çətinliklə almasından gileylənib:
"Deyirəm ki, burada aylıq maaşımı güclə alıram, hansısa Moses evində oturub, görüntülərimlə külli miqdarda dollar yığır. Üstəlik, anamın da şəklini göndərib ki, bu da anamdır. Anamı mən zorla elçi göndərmişdim, sən necə göndərəcəkdin? Hələ Lola adlı bir qız da Afrikadan yazıb. Moses ondan da 6 min dollar alıb. Bu gün, sabah İnterpol məni axtarsa, təəccüblənmərəm. Qarabala Mosesdəki fərasətə bax...”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)