Magazin1
Müşfiq Abbasov evinin əlindən alınması ilə bağlı elə FAKTLAR AÇIQLADI ki...
“Məntiqə sığmayan hadisədir, 2013-cü ildə Həsənova Gülrux adlı qadından ev almışam. 2016-cı ildə məlum olub ki, sən demə bu aldığım evin əsl sahibi Həsənova Mehribandır. Daha sonra Mehriban Gülruxu məhkəməyə verib və sübut edib ki, evi onun əri alıb. Bu adamın əlində Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış var idi. Bizim alqı-satqı isə 5 saylı notariusda olub, ondan sonra Komitə mənim adıma çıxarış verib.
Mehriban Həsənova öz bacısı qızını - Gülrux Həsənovanı ərinin ona aldığı evi geri qaytarması tələbi ilə məhkəməyə verib. Bacısı qızı məhkəmədə deyib ki, evi artıq satmışam. O, məhkəməni qazanandan sonra Həsənova Mehriban gəlib mənə dedi ki, sənə satılan ev mənim idi, o ev sənə saxta sənədlə satılıb. Evi qaytar”.
Publika.az xəbər verir ki, bu sözləri “Bu şəhərdə”nin tanınmış ssenaristi Müşfiq Abbasov evinin əlindən alınması ilə bağlı danışarkən deyib. Ssenaristin sözlərinə görə, məhkəmə onun əlində olan çıxarışın və notariusun təsdiqlədiyi alqı-satıqı müqaviləsinin saxta olduğu barədə qərar qəbul edib:
“Məhkəmənin qərarı ilə indi ev Həsənova Mehribana qayıtmalıdır, bizi isə evdən çıxartmaq istəyirlər. Birinci, Yasamal rayon məhkəməsi qərar qəbul etdi ki, Müşfiq Abbasov vicdanlı alıcıdır, onu evindən heç kim çıxara bilməz, əlində qanuni sənədi var. Daha sonra işə Apellyasiya Məhkəməsi baxdı. Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin qətnaməsini ləğv etdi və evin boşaldılması ilə bağlı qərar verdi. Pulun qaytarılmasından isə heç bir söhbət getmir.
Əgər həqiqətən də Gülrux dələduzluq edərək yalandan kupça düzəldib satıbsa, həbs olunmalıdır. Amma nədənsə bu barədə məhkəmə heç bir qərar çıxarmır. Xala ilə bacıqızı - biri məndən pulumu alıb, digər də evimi əlimdən almaq istəyir”.
M.Abbasov əlavə edib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib:
“Azərbaycanda mülkiyyəti təsdiq edən sənəd Dövlət Əmlak Komitəsinin verdiyi çıxarış hesab olunur. Çıxarışda həmin mənzilin mənim mülkiyyətim olduğu qeyd edilib. İndi Apellyasiya Məhkəməsi həmin çıxarışı əsas götürmür. Əgər bu saxta sənəddirsə, onda biz heç bir notariusa müraciət etməyək və ya biz bunun hüquqi tərəfini necə təsdiqləyək, kimə etibar edək? Kupça da, notarius da etibardan düşürsə, heç kim ev almalı deyil? Onda məntiqlə bu nəticəyə gəlmək olar ki, sabah məhkəmədə bu qərarı qəbul edən hakimlərin də evinin kupçasını saxta çıxartmaq olar. Ümid edirəm ki, Ali Məhkəmə haqlı və ədalətli qərar qəbul edər”.
Aytən Məftun
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu








.jpg)








.jpg)




.webp)
















