Magazin1
Gülyaz və Gülyanaq Məmmədovaların solo konserti keçiriləcək
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən bədbəxt hadisə onların oktyabr ayına nəzərdə tutulan solo konsertinə heç bir təsir etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Xalq artisti Gülynaq Məmmədova məlumat verib. O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kəndərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən və tamaşaçılara elan olunduğundan konsert proqramı təxirə salınmayacaq.
“Atalarımız deyib ki, xeyir və şər qardaşdır. Biz sənətçilərin isə bir gözümüz ağalayanda bir gözümüz daim gülüb, çünki, bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyatı yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik” - deyə, Gülyanaq Məmmədova bildirib.
Xalq artistlərinin konserti oktyabrın 30-da Heydər Əliyev Sarayında keçirilicək. “İki qəlbin nəğməsi” adlı konsert proqramı saat 19:00-da başlayacaq.
Xatırladaq ki Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşı Mövsüm Məmmədkərimov sentyabr ayının 24-də Yevlax rayonunda baş verən avtomobil qəzasında həyatını itirib. Hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar isə Mövsüm Məmmədkərimovun övladlarıdır. Gülyanaq Məmmədova onu da əlavə edib ki, hadisə zamanı xəsarət alan şəxlərin vəziyyəti hazırda yaxşıdır və onların müalicəsi davam etdirilir.
Konsert proqramının keçiriləcəyi vaxt sentyabr ayının 1-də elan olunub və həmin tarixdən biletlərin satışına başlanılıb. Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin bütün kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)