Magazin1
Xalq artisti Tünzalə Ağayeva "ABAD"çılar sırasına qoşuldu
Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” yeni "ABAD"çını və onun hazırladığı qida məhsulunu təqdim etdi.
Publika.az xəbər verir ki, bu dəfə "ABAD"çılar sırasına Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva qoşulub. Sənətkar xanım “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.
"ABAD"çı Tünzalə xanım www.abad.gov.az saytı vasitəsi ilə “ABADçı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən xalq artisti "ABAD"çı adını qazanaraq, öz məhsulunu "ABAD"ın dəstəyi ilə istehsal edir.

“ABAD” məhsulu olan “Sevmeli by Tunzale” şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur. Məhsulun istehsalında seçilmiş meyvə quruları və ən keyfiyyətli şokoladdan istifadə olunur. “Sevmeli by Tunzale” məhsulunu “Fairmont Baku, Flame Towers” və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
Leyla Sarabi
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)

.jpg)








.jpg)

















.jpg)
.jpg)

