Magazin1
Zülfiyyə Xanbabayeva “Qolos Ukraina” layihəsinin ulduzu ilə klipini təqdim etdi - VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayevanın yaradıcılıq bioqrafiyası bu günlərdə daha bir duetlə zənginləşib. Xanbabayeva gənc müğənni Cavid Məmmədovla mahnı yazdırıb və klipə çəkilib.
Publika.az xəbər verir ki, Zülfiyyə Xanbabayeva ilə Cavid Məmmədovun yeni layihəsinin – “İstərdim” mahnısının çox maraqlı yaranma tarixi var. Müğənninin özünün dediyi kimi, o, bu mahnını ilk dəfə tədbirlərin birində Cavidin ifasında eşidib. Mahnı o dərəcədə xoşuna gəlib ki, onu ifa etmək istəyib. Məlum olub ki, mahnının müəllifi Cavidin özüdür – sözləri də, musiqisi də ona məxsusdur. Cavid mahnısının Zülfiyyə Xanbabayevanın böyük marağına səbəb olduğuna hədsiz sevinib və bu kompozisiyanı ulduza verməyə hazır olduğu bir vaxtda müğənnidən maraqlı təklif gəlib...
- Bəlkə duet oxuyaq?
Zülfiyyə Xanbabayevanın dediyinə görə, bu mahnını eşidən kimi, dərhal onun klipini təsəvvür edib. Buna görə də video çəkilişləri uzun sürməyib...
Sosial şəbəkə istifadəçiləri öz şərhlərində yazırlar ki, nəticədə iki sevən qəlbin nakam məhəbbəti haqqında gözəl klip və təsirli duet alınıb. Videonun müəllifi gənc rejissor Delee Oruclu, prodüseri Nigar Hacızadədir. Layihə üzərində həmçinin tanınmış bəstəkar İsmayıl Əsədov və aranjimançı Samir Sultanov işləyib.
Qeyd edək ki, Cavid Məmmədov “Qolos Ukraina” adlı populyar televiziya layihəsinin yeddinci mövsümündə böyük uğurla çıxış edib.
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO















.jpg)


.jpg)



















