Magazin1
Məşhur aktyordan SƏRT QƏRAR - O insanları aktyor adı altında millətə sırımaq...
“Bu postu paylaşmaqda məqsədim həm izləyicilərin suallarına ümumi cavab vermək, həm də rejissorlara yox deməkdən özümü uzaqlaşdırmaqdır... Çünki bilirəm, o rejissorların hər biri necə böyük sevgi və istəklə bu işi görürlər. Bizim gördüyümüz ekran işi ( sevdiyiniz və sevmədiyiniz seriallar ) sadəcə olaraq mövcud şəraitin nəticəsidir”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Ziya Ağa sosial şəbəkədə yazıb. Seriallardan uzaqlaşmağa qərar verən ulduz bundan sonra ciddi sənətlə məşğul olmağa və fəaliyyətini teatrda davam etdirməyə qərar verdiyini açıqlayıb.
Aktyorun bu qərarı verməsində qeyri-pəşəkar aktyorların seriallarda üstünlük təşkil etməsi olub: “İnanın mənə, bu, onların ( təbii ki, bəziləri istisnadır ) bacarıqlarının nəticəsi deyil. Qətiyyən, heç kimi qınamıram. Yaradıcı heyətdən tutmuş ən kiçik işi görən personala qədər başa düşürəm ki, hansı şəraitin əsiridirlər ( yaxşı mənada ). Hər kəsin düşüncəsinə və öz düşüncəsinin nəticəsi olan əməllərinə böyük hörmət ilə yanaşıram. Qınadığım, daha doğrusu, belə olmasını istəmədiyim bircə məqam var, o da ki, qeyri-peşəkar insanları aktyor adı altında millətə sırımaq. Əlqərəz, artıq gündəlik seriallara çəkilməkdən imtina etmişəm. Yəni bu gündən sonra da uzun müddət gündəlik seriallara çəkilmək niyyətim yoxdur. Bəlkə nə zamansa ola bilər, ancaq bu yaxın illər ərzində olmayacaq. Sadəcə istəmirəm və hələ ki, dözürəm...Tanrı böyükdür, bizim düşündüyümüzdən də böyükdür. Məni izləmək istəyənlər isə çalışdığım teatrlardan hər hansı birinə üz tuta bilər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Yuğ Dövlət Teatrının, “M-teatr” özəl teatrının və “Rebus” özəl teatrının tamaşalarına gəlib məni izləyə bilərsiniz”.
Məlumat üçün bildirək ki, ötən il Ziya Ağa Moskvada keçirilən “QİTİS-ustad dərsi” festivalında “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






.jpg)



























.jpg)


