Magazin1
Məşhur aktrisa sevgilisi haqqında nələr yazdı: “Gəlişinlə həyatımda...”
“Gəlişinlə həyatımda çox sayda və eyni dərəcədə vacib doğum günləri meydana gəldi: sevgimizin doğuşu, “Biz” anlayışının doğulması, itirilmiş etimadın yenidən doğulması, yeni gələcəyin qurulması planının doğulması, həyatın mənasının doğulması, ümumi məqsədlərin doğulması, yeni dünya və bir çox belə günlərin doğulması. Onların sayı o qədər çoxdur ki, arzu edirəm ki, hər gün eyni harmoniya və sevgi ilə birlikdə qeyd edək”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Aydan Axundzadə instaqramda sevgilisi haqqında yazıb. Sevgilisi aktyor İbrahim Çingizlə fotosunu paylaşan ulduz onu doğum günü münasibətilə bu sözlərlə təbrik edib:
“Heç bir dəyişiklik tələb etmədən məni dəyişdin. Mənim qəyyum mələyim oldun. Məni elə bir qayğı ilə əhatə etdin ki, hər gün özümə aşiq olmağa başladım. Hər dəfə qəlbimdə daha çox yer tutursan.
Əsas odur ki, həmişə sağlam ol, məni eyni dərəcədə sevməyə davam et və qəşəng sevgim kimi qal. Qalanlarıyla özüm məşğul olaram.
Doğum günün mübarək, ailə!”
Məlumat üçün bildirək ki, Aydan Axundzadə aktrisa Fidan Axundzadənin bacısıdır, İbrahim Çingiz isə Əməkdar artist Çingiz Əhmədovun oğludur. Cütlük bir neçə ay əvvəl münasibətlərini elan edib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)