Magazin1
Meyxanaçının İlhamə Quliyevanın mahnısını oxumasına SƏRT TƏPKİ
“Mən yeniliyin ən böyük tərəfdarlarındanam. Ancaq o yenilik köhnəlikdən daha möhtəşəm olmalıdır. Məsələn, sən İlhamə Quliyevanın mahnısını ondan daha yaxşı oxumayacaqsansa, ümumiyyətlə, oxumamalısan”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış şair Orxan Bahadırsoy bəstəkar-şairə Xanım İsmayılqızının müəllifi olduğu “Sən nə biləsən mənim nə çəkdiyimi” mahnısının oxunmasına qadağa qoyması haqqında danışarkən deyib. Məsələyə biganə qalmayan şair hesab edir ki, əgər hər hansı müğənni oxunmuş əsərə müraicət edirsə, bu halda daha keyfiyyətli iş ortaya qoymalıdır:
“Mərhum sənətkarın öz dili ilə desəm, “öz ciy-ciy səsinlə” onun öz ruhundan üfürərək yaratdığı əsərləri bərbad hala salmamalısan. Bu, hansısa bir üsulla nizamlanmalıdır. Senzura demokratik deyil, əlbəttə, amma toplum da öz mədəni irsinin əfsanəvi nümunələrini qorumalıdır. Mədəni təəssüb, sənətə sayğı bu məqamda ictimai baykotla özünü göstərməlidir. Bəlkə də biraz sərt fikirdir, yanlış da anlaşıla bilər. İncə cizgilər var ki, orda dayanmalıyıq.
Mərhum sənətkara sayğılarla...!”
Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın səsləndirdiyi mahnını Samirə "7 canlı" verilişində qonaq olarkən oxuyub. Bundan sonra X.İsmayılqızı sözügedən bəstənin oxunmasına qadağa qoyub.
-
Nida Xəbər 20:04Andrey Babiş Azərbaycana gəldi - Foto/Yeniləndi
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı










.jpg)


























.png)