Magazin1
Fəxrəddin Manafovun həyat yoldaşı ilə nadir FOTOLARI: “Onun kimi qadınını sevən çox az kişi gördüm”
Aparıcı Hacı Nuran Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı, diktor Vahidə Sadıqovanı doğum günü münasibətiylə təbrik edib.
Publika.az xəbər verir ki, bu münasibətlə Hacı Nuran cütlüyün nadir fotolarını paylaşıb. Eyni zamanda Vahidə xanım barədə təəssüratlarını ifadə edən Hacı Nuran cütlüyün böyük eşq yaşadığını qeyd edib:
“Mən bu həyatda çox sevgilər gördüm, amma onlarınkı kimisinə heç rast gəlmədim... Mən bu həyatda çox qadınlar gördüm, amma onun kimi həyat yoldaşına bağlı olanını görmədim... Mən bu həyatda çox kişilər gördüm, amma onun kimi qadınını sevən, ona heyran olan çox az kişi gördüm... O iki insan mənə doğmam qədər əzizdir: ən ləziz tikələrini dostları ilə bölən, ən son qəpiklərini yaxınından əsirgəməyən cütlükdür onlar... Söhbətin Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov və onun ömür-gün yoldaşı, tanınmış diktor Vahidə Sadıqovadan getdiyini bildiniz yəqin ki... Bu gün Vahidə xanımın doğum günüdür. Deyirlər, qadından yaş soruşmazlar, o isə heç vaxt yaşını gizlətmədi. Qürurla, fəxrlə qeyd etdi. Bu gün yubileyidir – 65 yaşı tamam olur Vahidə xanımın. Özü də adı kimi vahid insandır, bənzərsizdir. Bənzərsiz olmasaydı, Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? Əlbəttə, yox. Mənim üçün əziz, dəyərli olan insan, anam qədər doğma qadın, doğum günün mübarək!”.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)

.jpg)










.webp)

















