Magazin1
Nazilə Səfərli Aynişan və Ayselin boşanmasından danışdı: “Ürəyiniz istəyən insanla evlənirsiniz və...”
Şairə Nazilə Səfərli maqazin gündəmini zəbt edən boşanma xəbərlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, xına mərasimlərinin aparıcısı kimi tanınan məşhur gənclərə öyüd-nəsihət verib. O, evlənməyə hazırlaşan gəncləri səbirli olmağa səsləyib:
“Son günlər gündəmi zəbt edən boşanmalar bir vətəndaş, ana kimi məni narahat etməyə bilməz. Əziz gənc dostlarım, evlənmək çox asandır. Ev olmaq çətindir. Səbir, əzm, sədaqət, ən nəhayət sevgi ilə ev olur adam. Nə ev alırsınız, nə qızıl, nə cehiz, nə pal-paltar... Bütün yükü valideynlərə yükləyirsiniz. Ürəyiniz istəyən insanla da evlənirsiniz. İndi heç kimi zorla evləndirmək olmur.
Evlənmək qonaq getmək deyil. Evlənmədən öncə yaxşıca düşünün. Sizin boşanmalarınızın bədəlini valideynlər ödəyir. Biz sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız. Ağlınızı başınıza toplayın. Qoy, izdivacınız gec olsun, amma yarımçıq olmasın”.
Xatırladaq ki, bir neçə gündür bloger Aynişan Quliyeva ilə Kənan Əliyevin, həmçinin başqa bir bloger Aysel Şükürova ilə Oqtay Əhmədovun boşanması gündəmin əsas xəbərlərinə çevrilib. Nazilə Səfərli açıqlamasında ad çəkməsə də, onların boşanmasından məyusluğunu dilə gətirib.
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır










.jpg)







.jpg)





.jpg)











