Magazin1
İlhamənin VİDEOSU YAYILDI: “Məzarına gələ bilməyəcəm, söymə məni” - VİDEO
Video əlavə olundu.
xxx
Rejissor Sərxan Kərəmoğlu ötən gün 77 yaşı tamam olan mərhum Xalq artisti İlhamə Quliyevanın heç yerdə yayımlanmamış kadrlarını paylaşıb.
Publika.az xəbər verir ki, sənətçi illər öncə çəkdiyi “Adam ol” filmindən kadrarxası görüntüləri ilk dəfə paylaşdığını bildirib:
“Nə qədər küsüb barışsaq da, şıltaqlığı ilə daha çox yadda qaldı. Gözəl və çətin günlərimiz çox oldu. Kimlərsə onunla dostluğa can atanda mən uzaqlaşmaq istədim. Alınmadı. Niyə? Çünki ortaq dostlarımız çox idi. Allah günahlarını bağışlasın, biz kimik? Son görüşümüzdə özünə dedim ki, sənə olan sevgim və nifrətim yarıbayarıdır. Güldü və dedi ki, baxma sevgin bir az da olsa, ağır gələr. Doğum günündür və bu günü gözəl keçirməyi sevirdin. Səni tanıdığım illər ərzində heç olmadı ki, hansısa bəhanələr bu günə mane olsun. Səni təbrik etmək üçün məzarını ziyarətə gələ bilməyəcəm, söymə məni. Sevdiyin ağ çiçəkləri almağa və o xərci çəkməyə heyfim gəlir. Çiçəklər solacaq, pandemiya dövründə xərcə düşmək istəmirəm. Üzrlü say. Sənə təbrikim yalnız bu sözlərdir: Allaha and olsun, yerin görünür!”.
Qeyd edək ki, videoda Xalq artistləri Səidə Quliyeva, Faiq Ağayev, aparıcı Xədicə Sənanqızı və başqaları da yer alıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





