Magazin1
Məşhurlardan Milli Musiqi Günü ilə bağlı TƏBRİKLƏR
Xəbər verdiyimiz kimi, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Publika.az xəbər verir ki, bu münasibətlə Xalq artistləri Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Aygün Bayramova, Əməkdar artistlər Aybəniz Haşımova, Elnarə Abdullayeva və başqa tanınmış sənət adamları sosial şəbəkələrdə musiqisevərləri təbrik ediblər.
Aybəniz Haşımova qeyd edib ki, Şövkət Ələkbərovanın sənətə gətirilməsində maestronun böyük rolu olub:
“Peşəkar Azərbaycan musiqisinin yaradıcılarını, ustadım Şövkət Ələkbərovanın sənətə gətirilməsində və musiqimizin dünya səviyyəsində tanınmasında əvəzsiz xidmətləri olan dahi musiqiçini hörmətlə anır və ruhuna fatihələr oxuyuruq. Siz ürəyimizdə həmişə yaşayacaqsınız, əvəzsiz Üzeyir Hacıbəyli”.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO






.jpg)


























.jpg)


