Magazin1
Sevda Ələkbərzadə məşhur rokçu ilə “Ulu vətən” deyəcək
Məşhur rok qrupunun solisti Fərman Akgüllə Əməkdar artist Sevda Ələkbərzadə tezlikə yeni layihələrini təqdim edəcək.
Publika.az xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı haqq mübarizəsinə dəstək vermək üçün Əməkdar artist Sevda Ələkbərzadə Fərman Akgüllə “Ulu vətən” mahnısını duet şəklində ifa etməyə qərar verib. Müğənnilər artıq vətənpərvərlik mövzusunda olan mahnıya klip də çəkdirib.
Fərman Akgül siyasətçi olmadığını, dərdini ən yaxşı formada musiqi dili ilə ifadə etdiyini qeyd edib:
“Burada haqq mübarizəsindən söhbət gedir. Dünya bunu anlamalıdır. Təəssüf ki, dünyanın mövcud vəziyyəti gördüyünü və doğru şərh etdiyini düşünmürəm. Azərbaycanda böyük fanat auditoriyamız və yaxın dostlarım var. Odur ki, olanları başqa duyğularla təqib edirik. Azərbaycan və Türkiyənin qardaş olduğunu indiki məqamda sənət dili ilə göstərə bildiyimizə inanıram”.
Sevda Ələkbərzadə isə bildirib ki, Fərman Akgüldən gələn bu təklifi böyük məmnuniyyətlə qəbul edib:
“Türkiyə bizə çox dəstəkdir. Vətən müharibəsində türk qardaşlarımız həm siyasətdə, həm də sənətdə bizə dəstəkdir. Musiqiçilər bizi təbii ki, öz sənəti ilə dəstəkləyə bilər. Mənə çox xoşdur ki, Fərman bu dəstəyə qatılıb və biz birlikdə vətənpərvər ruhda mahnı oxuyacağıq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)


.jpg)
























.jpg)

.jpg)