Magazin1
Samirə “Eurovision”da bu mahnını oxuyacaq - VİDEO
Azərbaycanı bu il “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndinin çıxış mahnısı və ona çəkilən klipi təqdim edilib.
Publika.az xəbər verir ki, sənətçi Rotterdam səhnəsində “Mata Hari” mahnısı ilə çıxış edəcək. Mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs və Toni Kornelissendir. Yeri gəlmişkən, 2020-ci il üçün də hazırlanmış “Cleopatra” mahnısının müəllifləri onlar idi. Mövzu isə eyni olaraq qalıb. Belə ki, hər iki kompozisiya tarixdə iz qoymuş qadınlardan bəhs edir.
Bəstə əslən Hindistandan olan rəqqasə, alman kəşfiyyatçı Mata Hari (Marqareta Qertruda Zelle) ilə bağlıdır. O, 50 min fransız əsgərin ölümündə təqsirli hesab edilərək 1917-ci ildə edam olunur. 41 yaşlı Mata ölümündən sonra dünyada “Fransanı məhv edən qadın” adı ilə daha da məşhurlaşır. Onun haqqında çoxlu sayda filmlər çəkilir. Həmçinin, o, dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.
Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi “Yallı”nın melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.
Klipin quruluşçu rejissor və operatoru İlya Mixaylusdur.
Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə may ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
MDB12:11Rusiya iqtisadiyyatı çökür - "Payız defoltları" dalğası başlayır
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər

























.jpg)








