Magazin1
Sevda Ələkbərzadədən yepyeni layihə - VİDEO
“RÄNG” leybli ilə əməkdaşlıq edən Əməkdar artist Sevda Ələkbərzadə şirkətlə üçüncü işini təqdim edib.
Publika.az xəbər verir ki, bir müddət əvvəl “Hisslərim dumanda” adlı mahnısı ilə bütün dinləyicilərini 80-ci illərə qaytararaq, dünya trendini ölkəmizə gətirən sənətçi bu dəfə də eyni üslubda davam edib. “Sən yoluna” adlı yeni mahnının sözləri Orxan Zeynallıya, musiqi isə İslam Şirvaniyə aiddir. Klipin rejissorluğunu Fərhad Əli edib.
Xatırladaq ki, “RÄNG” leyblı bundan əvvəl gənc ifaçı Günay Bədəlovanın ifasında “Ya Qarabağ, Ya Ölüm” mahnısını, daha sonra isə Türkiyənin əfsanəvi rok qrupu "Manga" qrupunun solisti Ferman Akgül və Sevda Ələkbərzadənin “Ulu Vətən” mahnısını təqdim etmişdir.
Müəllif-ifaçı Murad Arif və repçi PRoMetenin rəhbərlik etdiyi “RÄNG” musiqi leyblı ölkəmizə yeni adların məşhurlaşmasında iddialıdır. Belə ki, “RÄNG” Sevda Ələkbərzadənin klipiylə eyni gündə, TİMA adlı yeni İfaçının da ilk klipini təqdim edib. Musiqisi TİMA və Murad Arifə, sözləri isə repçi Orxan Zeynallıya məxsus olan nəğmə “Sarılaraq öp” adlanır. Aranjimanı Emin Kərim (STKHA) tərəfindən edilmiş mahnının klipini Fərhad Əli çəkib. Hər iki layihə artıq bütün rəqəmsal platformalarda və “YouTube”-da yayımlanıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)


.jpg)
























.jpg)

.jpg)