Magazin1
Tacir Şahmalıoğlu “Xarıbülbül” festivalına çağırılmamasından danışdı
28 ildən çoxdur ki, Şuşa həsrətindəyəm. Ağdamlı olsam da, körpəliyimdən Şuşanı qarış-qarış gəzmiş bir insanam. “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim də arzum idi. Təəssüf ki, qatıla bilmədim.
Publika.az xəbər verir ki bu sözləri müğənni Tacir Şahmalıoğlu deyib. Festivala qatıla bilmədiyi üçün məyusluğunu dilə gətirən sənətçi sözlərinə belə davam edib: “Şuşadan ötrü burnumun ucu göynəyir. Bu şəhəri görmək həsrəti ilə yaşayıram. Mən o torpaqları dizin-dizin gəzməyə hazıram. Nədənsə yada düşmədim... Üzgünəm, bu barədə əlavə nəsə deyə bilmərəm”.
12 yaşında oxuduğu “Bayatı-Şiraz” ilə qəlblərdə silinməz izlər buraxan Tacir Şahmalıoğlu Kənan Bayramlının Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı çıxışını bəyəndiyini deyib.
Məlumat üçün bildirək ki, sənətçi müsahibələrinin birində “Bayatı-Şiraz”ın toxunulmaz olduğunu qeyd edib. “Bu musiqi, bu improvizə əvəzolunmazdır. Bu, toxunulmaz bir şeydir, buna niyə toxunurlar ki? Bu elə bir musiqidir ki, Azərbaycanın qəmli günündə də, sevincli günündə də insanlar bunu sevir, dinləyir. Ruhi qida kimi əsgərlərimizə ilham verdi bu muğam. Bütün Azərbaycan xalqı bu mahnını ürəklərinin üzərində gəzdirir. Ona görə də bu musiqi toxunulmazdır. Mən çox xahiş edirəm ki, buna toxunmasınlar, dəyməsinlər!”
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)


.jpg)
























.jpg)

.jpg)