Magazin1
Əməkdar artist ÜSYAN ETDİ: Türkiyədən gəlib Azərbaycanın pullarını aparırlar
Restoranlarda konsert mədəniyyətinin yaranması sevindirici haldır. İnsanlar ora sadəcə yeyib-içmək və oynamaq niyyətilə gəlməməlidir. Əsl musiqi tərənnüm olunmalıdır ki, insanların ruhu dincəlsin. Amma C kateqoriyalı türk ifaçılarının Azərbaycana ayaq açması və buradan böyük pullar aparması çox acınacaqlı haldır. Özümüzün çox güclü sənətçilərimiz var. Onların C kateqoriyalı ifaçıları potensialım qarşısında heç nədir. Nə güclü səsləri, nə sənətləri, nə də maraqlı bir çıxışları var.
Bu sözləri Publika.az-a Əməkdar artist Rəşad İlyasov deyib.
Türkiyənin çox dəyərli sənət adamlarını olduğunu dilə gətirən Rəşad İlyasov bildirib ki, bura gələnlərin çoxu zəif səs sahibləridir:
“Türk musiqisində çox önəmli olan insanlar var. Müasir dövrün müğənniləri arasında da gözəl səsi və səhnəsi olanlar az deyil. Onlar xaric oxumur, ifasında da qüsur tapa bilməzsən. Məyus oluram ki, belə güclü sənətçilər deyil, oxuya bilməyənlər bizim restoranlarda səhnəyə çıxır. Hansısa yarışmada iştirak edən, bir az görkəmi olan və gitara ifa edə bilən bir ifaçı bura bəh-bəhlə dəvət olunur, qızların da ürəyi gedir onun üçün. Azərbaycanın pullarını daşıyıb aparırlar. Tamaşaçıları diqqətli olmağa çağırıram, bilmirsən ki, hansı məzhəbə qulluq edirlər. Qonaqlarla da ünsiyyət qura bilmirlər, səhnələri sıfır. Ya da dodaqları şişirdilmiş, burnu əməliyyat olunmuş qızları gətirirlər. Burun o qədər əməliyyat olunub ki, qığırdağı çürüməyə başlayıb. O adam başdan ayağa yığılmadı, onun sənəti nə olacaq? Özü də gənc yaşlarında?
O gün bir restoranın qarşısından keçirdim, elə xarici səslər gəlirdi ki, başımı götürüb qaçmaq istəyirdim. Bilmirəm ki, o səsdən nə həzz ala bilirlər. Əmin olmadığım mövzunu dilə gətirmərəm, xüsusilə musiqidən söhbət gedirsə, mənim sahəmdir.
Bu müğənniləri qınamaq istəmirəm, iradım onları dəvət edənlərə və o restoranlara gedənlərdir. Azərbaycanda öz ifaçılarımız yoxdur? Türk, rus dillərində mahnı oxuyuruq, lazım olanda digər dillərdə də canlı ifa edirik. Məkan sahibləri o pulu yerli ifaçıların səhnəsinə versə, görün necə gözəl konsertlər olar. Bu, bizim sənətçiləri incik salan məsələdir. Ruzini verən Allahdır, bilirsiniz, niyə narahat oluram? Bizi bəyənməyən bəzi restoran müdirləri Türkiyədən sanballı ifaçıları gətirsə, anlamaq olar”.
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər





























.png)


.jpg)




