Magazin1
Murad Arifdən QALMAQALLI SÖZLƏR: Onlar meymunluq etməklə...
2014-cü ildə mənim “Həyat yoldaşımsan” adlı solo mahnım və klipim çıxdı, 7 ilə yarım milyona yaxın pul xərcləmişəm. Ona görə yarım milyondur, çox deyil? Çünki söz və musiqisini özüm yazıram.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Murad Arif qeyd edib.
Məşhur bildirib ki, “TikTok”, “İnstaqram” dönəmində meymunluq edib “tutmaq” olur:
“Amma səni meymunluğuna görə çağıracaqlarmı? Axı səni ifana görə dəvət edirlər. Aktyor nəyə görə aktyordur? Rollarına görə. İfaçı nəyə görə ifaçıdır? Repertuarına görə. Ona görə qazanmaq üçün “TikTok” və “İnstaqram”da meymunluq eləmək azdır. Bizdə bəziləri deyir e, mənə şou-biznes deməyin! Şou və biznes sözünə niyə belə diksinirsiniz? Bizim təltifetmə gecələrimizi “Oskar”la müqayisə edə bilərikmi? Yox! Bizim müğənnilərin konsertini Beyonsun konserti ilə müqayisə edə bilərikmi? Yox! Heç kimi qınamıram a, industriya, avadanlıq, ortaya qoyulan pullar belədir”.
Şəxsi həyatından söz açan ulduz ailə institutunun dağılmasından narahatlığını dilə gətirib:
“Çünki insanlar daha az dözmək istəyir. İnsanlar daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə ayağını qır, otur, döz, şiddətə, qayınata, ər təzyiqinə, qayınana söyüşlərinə döz. Döz-döz deyə-deyə psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs bunun nəyi yaxşıdır? İki insanda alınmırsa, ayrılmaq daha yaxşıdır. Düzdür, boşanma tərəfdarı deyiləm, övladlar da var.
Mənimçün dost, karyera faktoru Yer kürəsində ailədən sonra gəlir. Ailə mənim vətənimdir. Mən ailəmin içində hüzur tapıram, ailəmin içində özüməm. Rahatam, sərbəstəm, azadam. Mən ölərəm ailəsiz! Mənfi enerjilərdən, təzyiqlərdən, dilə düşməkdən o qədər qorxuram. Həyat yoldaşım çox ciddi bir ailənin övladı idi. Mən də sənət dünyasından bir adam. Ona görə tərəddüdlərim var idi ki, görəsən bu iş alınarmı? Böyüklərin böyüklüyüdür, ünsiyyət zamanı anladılar ki, qarşılarındakı boş adam deyil. Elçilikdə heç bir problem yaşanmadı. Onun bütün qohumları Bakıda yaşayır, təkcə ata-anası İsveçdə. Anamgil gedib ailəsi ilə tanış oldular. Heç vaxt ikinci dəfə evlənmərəm. Belə qlobal məsələlərdə mən qədərə, qismətə inanmaram! Düzdür, belə bir ifadə var, heç vaxt heç vaxt demə. Amma evlilik yalnız 1 dəfə! Bu, mənimçün birdəfəlik həll olunmuş mövzudur!”
Atasını yada salan Murad Arif sonuncu dəfə xəstəxanada görüşdüklərini bildirib:
“Mən bunu xatırlamağı sevmirəm. Hesab edirəm ki, bu, hər bir insanın həyatında baş verən məqamdır. Ən son dialoqumuz da xəstəxanada, koridorlarda baş verdi. Bir həkimdən o biri həkimə... Artıq çox pis idi vəziyyəti. İstənilən yaşda valideyn itkisi incidir insanı. Sən heç vaxt buna hazır ola bilmərsən! Elə bir şey yoxdur ki, sən 55 yaşda da buna hazır ola biləsən!!! Çünki bağlar, doğmalıq, sevgi var. Təsəlli var, amma bu da insanın özünü aldatmasıdır. Can gedirsə, özü ilə bir dünya aparır. İnsan dünyadan köçəndə biz ağlayırıq. Amma göz yaşlarımız bizim eqoizmimizdir. Çünki dünyadan köçən onu hiss edə bilmir. O ağrını yaşamır. Sən getdin, mən sənsiz qaldım!!! Məni qoyub hara getdin? Orada kök gəlmə “mən”dir!”
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO