Magazin1
Rəşad Atakişiyevin həyat yoldaşı Şuşa haqqında mahnı yazdı - VİDEO
Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva “Şuşam mənim” adlı yeni layihəsini təqdim edib.
Publika.az xəbər verir ki, layihə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunub.
Fidan Hacıyeva yeni layihəsi haqda açıqlama verərkən bildirib ki, “Şuşam mənim” mahnısının bəstəkarı şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovadır, sözləri isə Xalq şairi Vahid Əzizə məxsusdur:
“Layihəmizin rəhbəri Könül Hüseynovaya təşəkkür edirəm. Bu gözəl musiqini o yaradıb. Klipin rejissoru Nail Naiboğludur. Klipdə şəhid və qazi övladları, həm də mənim tələbələrim çəkilib. Uşaqlarla işləmək mənim üçün bayramdır. Çünki onları çox sevirəm. Onlar çox istedadlıdırlar”.
Layihənin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, fəlsəfə doktoru Könül Hüseynova Şuşa azad olunduqdan sonra Xalq artistinin ona bu mövzuda əsər ifa etmək istəyini bildirdiyini deyib: “Mən də böyük məmnuniyyətlə Şuşamızın gözəlliyini, tarixi keçmişini, indiki qələbəmizi özündə əks etdirən musiqi əsərini ərsəyə gətirdim. Biz də bu əsəri cənab Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə həsr edirik”.
Klipin rejissoru Nail Naiboğlu bildirib ki, müəyyən səbəblərdən hələ ki Şuşada klip çəkə bilməyiblər: “İnanıram ki, tezliklə bunu da edəcəyik. Azərbaycanımızın hər yeri Qarabağdır, Şuşadır” , - rejissor qeyd edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





