Magazin1
Eldar: “Karyera yataqda sənə üz çevirməz” - VİDEO
“Camaatın qohumları, mənim də dostlarım deyir ki, nə vaxt atırsan bu subaylığın daşını? İndi xoşbəxtəmsə, niyə risk etməliyəm? Nəinki ailə həyatı, ümumiyyətlə münasibətlər riskli bir şeydir. Son zamanlar kimləsə münasibətdə olmaq istəyəndə yenə də tərəddüd edirəm”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov “Üzə-düz” verilişində deyib.
Tanınmış ifaçı proqramda şəxsi həyatından danışıb, ailə qurmama səbəbini belə izah edib:
“Baxıram, götür-qoy edirəm, bir gün yazıram, 5 gün yazmıram. Sınayıram. Sonra deyirəm, əşi nəyimə lazım, oturmuşam da yerimdə... Amma bəzən də xoşbəxt cütlük görəndə deyirəm ki, kaş məndə də olaydı. Mən hazıram, amma sağlam münasibətlərə... Bir-birimizi dəstəkləməliyik. Elə peşə sahibiyəm ki, mənimlə olan insan anlamalıdır ki, ömrünün 80 faizini mənə bəxş etsin! İndi də sevgilim var, bilmirəm, nə dərəcədə ciddidir. 1 ildən çoxdur ki, var. Yeni deyil, amma həmişəki kimi mən hər münasibətdə yeniyəm. Yenə də sınaq dönəmini yaşayıram. Gündə biri ilə danışıb ayrılmaq istəmirəm. Heç bir xanım işimdən önə keçə bilməz. Karyera, musiqi heç vaxt sənə yataqda üzünü çevirməz, səni satmaz, ziyan verməz”.
Eldar Qasımov “Avroviziya” dönəmində Nigar Camalla barələrində yayılan söz-söhbətdən də danışıb: “Müsabiqədən sonra başıma bir hadisə gəldi. Taksidə oturmuşdum, sürücü soruşdu ki, Nigarla nə zaman evlənirsiniz? Təəccübləndim. Dedim, Nigarın uşaqları var. İkimiz seçiləndə bir-birimizə baxdıq ki, biz səhnədə birgə nə edəcəyik? Sonra isə alışmağa başladıq. Bizim bütün komanda deyirdi ki, siz özünüzü elə aparmalısınız ki, “love story”yə uyğun obrazda görünə biləsiniz!”
Eldar Azərbaycan tərəfindən yenidən “Avroviziya”da iştirak barədə təklif aldığını açıqlayıb: “Bu 1-2 il ərzində yenidən çıxış üçün təklif almışam. Həm də tək olaraq. Heç bir yerdə bunu demirdim. O müsabiqədə ki, mən hər şeyi etdim, qələbə qazandım, orada nə gəzirəm?!”
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





