Magazin1
Vəziyyəti ağırlaşan aparıcı Türkiyəyə aparıldı - FOTO
Prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, S.Cahid müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Maddi imkanı müalicəsinə çatmayan həmkarı üçün Elgiz yardım istəyib. Oğlunun tələbə olduğunu xatırladan aparıcı Sayqanın yardım kompaniyasından xəbərsiz olduğunu vurğulayıb:
"Səhər saatlarında çox üzücü xəbər aldım. Tanınmış jurnalist, prodüser Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə çatdırılıb. Burada dərdinə əlac olmayıb. Hal-hazırda vəziyyəti kritikdir. Maddi sıxıntısı var. Allaha xatir, onu ölməyə qoymayaq. Xahiş edirəm, nə olar köməyimizi əsirgəməyək. Vəziyyəti çox ağırdır. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçınız olsun".
Aparıcı Firuzə Cəlilova (Fira) həmkarının səhhətinim ağırlaşmasına səbəbkarın Bakı Sağlamlıq Mərkəzinin həkimləri olduğunu qeyd edib:
"Tanınmış prodüser və aparıcı Sayqa Cahidin səhhətinim ağırlaşmasına səbəbkar olan "qəhrəman"lar. Sayqa hal-hazırda ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O, ay yarım əvvəl mərkəzdə uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov tərəfindən böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər".
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


























