Magazin1
Rəqqasə Fatimə: həyatımızda elə hadisələr baş verdi ki… - VİDEO
Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə problem olacaq. Gözlədiyim oldu, qarşılaşdım. Bütün bunlar ürəyimdə çatlar qoydu, bu günə qədər də o çatlar var. Baxmayaraq ki, qohumlarla münasibətim yaxşıdır, amma çat olanda o çatı yapışdırmaq mümkün deyil. Bizi ümumiyyətlə tanımadılar. Dedilər ki, niyə Fatimə, niyə rəqs, tanınmaq, efirlər. Sual vermədilər, axı niyə? Bəlkə dəstək olaq, bəlkə başqa bir iş görək. Tibb Universitetində oxuyurdum, universitetin 4-cü kursundan həyatımızda elə hadisələr baş verdi ki, biz çökdük.
Publika.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva MTV Azərbaycan kanalında aparıcısı Lamiyə Balacayevanın olduğu “Üzə-düz” verilişdə deyib. O bildirib ki, Tibb Universitetindən istəmədən imtina etməli olub:
“Əslində, istəyərdim qadın həkimi olum. Bu, mənim anamın da arzusu idi. Qardaşım da Tibb Universitetini bitirib. Həyatımda çox şey yarımçıq qalıb. Bunları yada salanda əsəbləşirəm, amma deyirəm, Allahın yazısıdır. Bu yazını heç kimi poza bilməz!
Bu gün qızımın həyatından çox rahatam. Onlardan danışanda kövrəlirəm, Aydanı böyüdəndə çox əziyyətlər çəkdim. O, mənim bacım, dostum oldu. Qızımın çox gözəl ailəsi var, kürəkənimdən də razıyam. Düzdür, aralarında hərdən inciklik olanda Aydana deyirəm ki, hər ailədə olur. Qızım yoldaşından bir neçə yaş kiçikdir, bir az kaprizləri ola bilər. Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi. Mən özümü tam xoşbəxt insan saymıram, saymamışam da, bu hiss an kimi ola bilər. Söhbət puldan, vardan getmir. Kiməsə bəxtəvərlik yağdıran insanlardan da qaçıram. Bəxtəvər görünən insanın da öz dərdi var. Onun villası da olsa, tam xoşbəxt ola bilməz!”
Rəqqasə hesab edir ki, şou-biznesə gəldiyi gündən onu söz-söhbətlərə qatıblar:
“Onlar üçün düşərli “muza” olmuşam. Düzgün olsam da, yenə də məni günahkar sayacaqlar. Ona görə də baş qoşmuram. Oksana Rəsulova ilə münasibətim çox yaxşıdır. Bilmirəm bizi niyə qalmaqala salmışdılar bir zamanlar. Mənim kimi çılğınlığı ola bilər, amma insan kimi çox yaxşı qızdır. İnsanın siması hər şeyi bildirir. Onun üzünə baxanda bilinir ki, üzündə nur var. Məndən inciməsinlər, şou-biznesdən heç kimlə zəngləşib, görüşüb, dostluq etmirəm. Uzaq gəzirəm.
İndi həyatım nə qədər yolunda olsa da, atama hər zaman ehtiyac duyuram. Düşünürəm, hardasa məni izləyir. Tez-tez gedib məzarını ziyarət edirəm, ürəyimi açıb, onunla danışıram. Deyirəm, kaş ki, o, olaydı, bu problemimi həll edərdi. Evdə atanın nəfəsi gəlməlidir. Atanın öz yeri var, ananın öz yeri. Valideynin yerini heç kim sənə vermir. Onları seçmirlər. Onu itirəndə 19 yaşım var idi. Atama çox bağlı idim, o, mənim sirdaşım idi. Xəstə olanda o qədər uşaqlaşmışdı ki, üzümüzə baxıb bizdən kömək istəyirdi. Rəhmətə gedəndə mən onun yanında ola bilmədim, mənə demədilər. Dedilər, get evə, halı pisləşib, səni gəlib götürəcəyik. Aldatdılar məni. Kirayə qalırdım, bütün işıqları söndürmüşdülər. Bilmədim, qaranlıqda qapını necə bağladım, şam yerə düşdü, uşağın barmağını dişlədim. Xəstəxanaya zəng edəndə mənə kobud şəkildə dedilər ki, nə istəyirsən, apardılar! O səsi eşidəndə məni görəydiniz. Səsimə qonşular gəldi. Atamı itirəndən sonra həyatım tamam dəyişdi, sanki bir divarı, dayağımı itirdim. Çox çətinliklər gördüm, amma bərkidim. Onu indi uzaqdan görsəydim, çox söz deyərdim. Çox ehtiyacım var ona”.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş