Magazin1
Fərda birinci həyat yoldaşı haqqında: Ayrılmaq istəsəydim, niyə 7 il…
İki insan arasında münaqişə varsa, hansı birisini kənarda tutub danışsan, haqlı görünəcək. Burada danışsam, haqlı görünəcəm, amma haqsız tərəflərim var.
Publika.az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev Lamiyə Balacayevanın aparıcısı olduğu "Üzə-düz" verilişində deyib.
İlk həyat yoldaşından danışan aktyor bildirib ki, ondan qayğı görməyib: "Sevgizsizlik, qayğısızlıq, dır-dır, susqunluq... Susqunluqdan pis nəsə yoxdur. Oğlanın anası sizin qəlbinizə dəyəcək nəsə deyibsə, onun acığını yoldaşından susaraq çıxmayın. Ailənizi qoruyun, bu incə cizgini qorumaq qadına düşür. Ərə getmək makiyaj, fotosessiya edib, gül atmaq deyil. Hər şey onunla başlayır. Bəlkə xoş günlərin içində də ən zəif günün, ya da ən xoşbəxt günün bu olacaq. Sən hazır ailənin içinə gedirsən. Toyda da, nişanda da, xınada da gördün ki, ana oğulu nə qədər sevir. Ondan iki-üç gün sonra ana mənə bunu dedi, onu dedi olmaz. Ayrılmaq istəsəydim, niyə 7 il evli qaldım. Allah illər sonra Mətin və Aminə daha iki qardaş qismət etdi. Haqlıyam, səhvəm, zaman göstərəcək. Allahın yazdığı yazıdır".
Fərda kişinin xanımına xəyanət etməsi məsələsinə də toxunub: "Kişi xəyanət etməməlidir, amma etməyin də səbəbkarı qadındır: qayğısızlıq, sevgisizlik. Kişi sevgisizlikdən bu addımı atır: ya qayğısızdır, ya evdə dır-dır görür, hüzur yoxdur. Gedir dostlarla oturur, ora xanımlar qonaq gəlir, orada özünə qarşı sevgi, diqqət, hüzur görür. Deyir, niyə gedib bu saatımı evdə dır-dırla keçirim, oturum da burada. Bu gün tam olaraq xoşbəxtəm".
Qeyd edək ki, Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb və ikinci dəfə ailə qurub. Onun ilk nikahdan Amin və Mətin, ikinci evliliyindən Raul və Rinat adlı iki oğlu var.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

