Magazin1
Əməkdar artist 30 il sonra şəhid həyat yoldaşının məzarını ziyarət etdi: KÖVRƏK ANLAR - FOTO
Bu gün Böyük Qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl 1-ci Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva deyib.
Müğənni bildirib ki, məzarlığı tamamilə dağıdılmış vəziyyətdə görüb:
“Hər yer şumlanıb, baş daşları dağıdılmasına baxmayaraq, çətinliklə olsa da, həyat yoldaşımın məzarını tapdım. Sonuncu dəfə Cəbrayıl işğal olunmazdan bir neçə ay əvvəl, 1993-cü ilin 20 yanvarında məzarı ziyarət etmişdim. 1991-ci il sentyabrın 17-də dəfn olunub. Uzun illər keçsə də, bu günə şükür edirəm. Getdim və qəbrini tapa bildim, dualar oxuyub 31 ilin nisgilini üzərimdən ata bildim. İllərdir çiynimdə ağır bir yük daşıyırdım, gedə bilmirdim, bu, ürəyimdə bir dağa çevrilmişdi.
Bu gün müharibənin başlamasının ildönümü və böyük qələbəyə gedən yolun başlanğıc günüdür. Şəhidlərimizin ruhunun qarşısında baş əyir və qürurla anırıq. Əlbəttə ki, artıq onun da ruhu şaddır. Artıq biz bu günü azad Qarabağımızda qeyd edirik. Bunun üçün Ali Baş Komandan başda olmaqla bütün şəhid və qazilərimizə minnətdarıq. Bu qələbə Birinci Qarabağ müharibəsində şəhid olub məzarı orada qalan ailələrə çox böyük bir sevinc bəxş etdi”.
Qeyd edək ki, Zahid Əhmədov 17 sentyabr 1991-ci ildə Xocavənd rayonu ərazisində düşmən tərəfindən quraşdırılmış minaya düşərək şəhid olub.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






.jpg)




















.jpg)







.jpg)


