Magazin1
Atası Kəramət Böyükçölə şeir yazdı: "Sən kimlə dəyişik düşdün, oğlum?"
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə Maştağa Narkoloji Dispanserinə yerləşdirilən oğlu, yazıçı Kəramət Böyükçölə şeir həsr edib.
Qeyd edək ki, Kəramət Böyükçöl oktyabrın 7-də xəstəxanaya yerləşdirilib. Kəramətin dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə aldığını bildirən Qəşəm Nəcəfzadə oğlununun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.
Publika.az Qəşəm Nəcəfzadənin “Yuxulardan oyanmaq” adlı həmin şeirini təqdim edir.
Anana demişəm,
Pişik çırmaqlayan dizindən danışmasın.
Əmiziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın...
Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma...
Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?
İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.
İşə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış...
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.
Evdə atıla-atıla yeriyərim ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
ləzzətlə səni gözləyim.
Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyunçağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir küncdə.
Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya – oynaya
Yuxu bizi aparıb...
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə...
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)

.jpg)






















.jpg)
.jpg)

