Magazin1
Mənsimovun oğlu azərbaycanlı bəstəkarın əsərini ifa etdi - VİDEO
Azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədəki səhifəsində böyük oğlu Məcid Mənsimovun pianoda ifasını paylaşıb.
Publika.az xəbər verir ki, Mənsimov paylaşımında oğluna xitab edərək uğurlar arzulayıb:
“Mənim qürurum, böyük oğlum Məcid. Bu adı ona verəndə çox düşünmədim. Babam Məcidin adını daşıyır. Babam əsl kişi, çox dəyərli bir insan olub. Dürüst, mərd və ən əsası gözəl insan…
Ona görə də oğlum Məcid bu adın məsuliyyətini çox gözəl başa düşür və layiqincə də daşıyır. Bu əsəri bizə ailəmizin dostu, sevimli bəstəkar Sevinc xanım hədiyyə edib. “Uğura aparan yol” adlanır. Mən ümid edirəm ki, bütün yollar oğlumun üzünə açıq olar. Uğurları bol olar”.
Klip İstanbul şəhərində çəkilib. Klipin məzmununa gəldikdə, tamaşaçının qarşısına istedadlı gənc və bəstəkar müəllim çıxır.
Bəstəkar Sevinc Tofiqqızının sözlərinə görə, bu əsəri bəstələyərkən istedadlı gəncləri düşünüb. O, Məcid Mənsimovun timsalında bu bəstəni gənclərimizə həsr edib, onlara getdikləri yolda büdrəməməyi, daim uğurlarının bol olmasını arzulayıb.
Sevinc Tofiqqızı Xalq artisti Flora Kərimova, Nadir Qafarzadə, Vüqar Muradov və başqa sənətçilərə mahnılar bəstələyib. O, “Oskar" mədəniyyət qəzetinin “Qızıl açar” milli musiqi mükafatı, “Bakı gecələri” estrada mahnı festivalının “Ən yaxşı mahnı müəllifi” nominasiyasının diplomu, “The first 2012” mükafatının “İlin ən yaxşı aktrisası” nominasiyasının qalibi mükafatlarına layiq görülüb.

-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)