Magazin1
Məşhur azərbaycanlı aparıcı Kiyevin şaxtasında görün nə etdi - VİDEO
Böyük həyəcan, iradə, inam, ümidlər və sevgi ilə çıxdığım bu yolda hə zaman riskli addımlar ataraq sənətimi davam etdirdiyimi bəlkə də bilmirsiniz. Bu, çoxdan gözlənilən, amma atmağa ən çox qorxduğum addım idi. Qorxularıma qalib gəlmək üçün üzərinə basa-basa irəlilə deyiblər. Belə də etdim. Hər dəfə həyat məni verəcəyim qərarlarda sınağa çəkəndə özüm də özümü sınayıram. Nə edəcəyimi, işin içindən necə çıxacağımı seyr edirəm.
Publika.az xəbər verir ki, bu sözləri “Space Səhər” verilişinin aparıcısı Fariz İlyas deyib.
“İllərin həsrəti” adlı mahnısına klip çəkdirmək üçün Ukraynanın paytaxtı Kiyevə gedən ulduz bu barədə təəssüratlarını sosial mediada bölüşüb:
“Axı hər yaşadığım yeni təcrübə əvvəlkindən çox fərqli olur. Hələ yolun başındayam və görünür ki, həyat məni arzularım uğrunda savaşmağı öyrətməyə davam edəcək. Danışacaq hekayələrim var, zamanı gələndə sözü açılanda danışacam. Hələlik bu hakəyimi burda tamamlayıram”.

Tamamilə fərqli obrazda dinləyicilərini sevindirməyə hazırlaşan Fariz İlyas aparıcılıqla birlikdə karyerasını müğənni kimi davam etdirəcəyini bildirib. O, klipinin yaxın günlərdə təqdim olunacağını elan edib:
“Klipin rejissoru Ross Lanedir. Qrim üzərində dünya ulduzları üçün mürəkkəb obrazlar hazırlayan çox peşəkar “Mystix space” komandası çalışıb. Mahnının söz və musiqisi “Sheyh Ree” ləqəbli Şəhriyar Ramazanzadəyə aiddir. Klip “Netflix” filmlərinin çəkildiyi çox keyfiyyətli kamera ilə çəkilib. Çəkilişlər 2 gün, 2 gecə mənfi beş dərəcə şaxtada baş tutub. Çox iddialı bir layihə ilə gəlirəm. Ən əsası odur ki, klip orijinal ideya üzərində qurulub”.
Aparıcı eyni zamanda sosial şəbəkədə xüsusilə geyim tərzi ilə bağlı ünvanına deyilən iradlara münasibət bildirib:
“Geyimimdə tənqid ediləcək bir nüans görmürəm. Kifayət qədər səliqəli, zövqlü və xoş təəssürat oyadan geyimlər seçirəm. Hər zaman da tamaşaçılardan geyimlərimlə bağlı tərif mesajları almışam. Burdakı əsas məsələnin də geyindiyim geyimlər olduğunu düşünmürəm. Sadəcə sataşıb “like” toplamaq, bir şəxsi ortaya müzakirə obyekti kimi atıb baltalatmaq məqsədi durur bu addımın arxasında. Müasir dildə desək, “hype” tutma ehtiyacı. Bəzi insanlar öz fəaliyyətləri ilə heç nə əldə edə bilməyəndə parlayan simalara sataşmaqla gündəmə gəlməyə çalışırlar. Bu olayı da eynən belə qiymətləndirirəm”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
