Magazin1
Azərbaycanlılar Ukrayna musiqi dünyasına səs saldı - VİDEO
Ukrayna musiqi dünyasına səs salan Lana Tigrana ləqəbli müğənni-rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında “Dəli olma” adlı yeni sinqlın təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, layihənin direktoru və prodüseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüser İdris Cəfərovdur.
Lana Tigrana müğənni olmaqla yanaşı, Ukraynada şərq rəqslərinin öyrədicisidir. O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasının qalibi olub. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana “Şərq” və “Şəfəq” adlı daha iki klipini da yayımlayıb.
Bundan başqa, bəstəkar kimi “Azərbaycan” adllı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib:
“Bu gün mən “Dəli olma” adlı yeni klipimi təqdim edirəm. Bu klip böyük bir hadisə ilə bağlıdır. Çünki belə bir dövr oldu ki, mən rəqs ilə məşğul olan zaman şəxsi həyatımda problemlər oldu. Ona görə düşündüm ki, bu rəqsdən ibarət klipimi “Dəli olma” adlandıracam. Klipin sözlərini və musiqisini özüm yazmışam. Amma təbii ki, komandam, hansı ki, bu layihədə çalışırlar, mənə böyük köməkləri olub. Mən şəxsən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları Yaxın və Uzaq Şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən, mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Hazırda Naxçıvanda qohumlarım, nənəm, əmilərim və xalalarım yaşayır. Baxmayaraq ki, 28 ildir Ukraynada yaşayıram, təşkil etdiyimiz mədəniyyət mərkəzində əsasən Azərbaycan mədəniyyətini təbliğ edirik”.
Azərbaycan əsilli Ukrayna müğənnisi onu da qeyd edib ki, bu layihə son deyil və qarşıda yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





