Magazin1
Məşhur aparıcı BU SƏBƏBDƏN ölkədən gedə bilər: Nə vaxtsa...
Nə rüşvətxorluq, nə məmur özbaşınalığı, nə də sosial problemlər məni öz ölkəmdən köçüb getməyə vadar edə bilməyib, bilməz də. Mübarizə aparıb, çalışıb, uyğunlaşıb, yolunu tapıb, baş çıxarıram. Hətta, bəlkə də başqa yerdə darıxardım.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb.

Vətənpərvər olduğunu bildirən aparıcı bildirib ki, yolların səliqəsiz olması onu narahat edən ciddi problemlərdən biridir:
“Nə vaxtsa bu ölkədən çıxıb getsəm bu, yalnız bir səbəbdən olacaq. Səliqə-səhmansızlıqdan.
Mənim üçün yaşadığım yerin, şəhərin yolları, səkiləri, oraların səliqəsi, təmizliyi çox vacibdir. Bəli, Bakı ümumi standartlarla götürəndə yetərincə təmiz şəhərdi. Şəhərin komunal təsərufatı yaxşı təşkil olunub. Vaxtı-vaxtında süpürülür, zir-zibil daşınır. Di gəl ki, ən yeni təmirli küçələrdə belə səkilər, işıqlandırma dirəkləri, bardurlar heç vax ilk həftələrindəki kimi qalmır. Qorunmur, amartizasiya xərcləri çəkilmir. Yolların ortasındakı işıq dirəkləri qəzalar zamanı aşır, yeniləri ilə əvəzlənmir. Bardurlar dağılır, səkilər çökür düzəldilmir və s.
Hətta Bakıda ən lüks yaşayış kompekslərində belə ümumi düzən yoxdur. Yeni binalar tikilir, həyətləri nə gündə, maşın əlindən tərpənmək olmur.
Demirəm İsveçrədəki, Monakodakı, Praqadakı səliqə-səhman olsun. Bu, bizim kimi cəmiyyətlə, mümkün də deyil. Heç olmasa İstanbulun böyük hissəsində olan nizamı, düzəni ki, qura bilərik”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)

























.jpg)

.jpg)