Magazin1
Çingiz Abdullayev 35 ildə neçə dəfə evləndiyini açıqladı - VİDEO
35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib. Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə icazə verilir. Pis, ya yaxşı, tarixdə bu, belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onlar qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək, bu, belədir də.
Publika.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Üzə-düz" proqramında deyib. O, kişi-qadın münasibətindən, ayrı-seçkiliklərdən danışıb.
Valideynlərini itirməsini xatırlayan Ç.Abdullayev bildirib ki, təqvimdən həmin günü silmək istəyir:
"Ölümlə hələ görüşməmişəm, ona görə də deyə bilmərəm, ondan qorxuram, ya yox. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə yerdə toqquşub. Məndən soruşanda deyirlər, mən buna necə dözürəm? İldə 40-45 dəfə təyyarə ilə səfər edirəm. Yaxşı bir səbəb tapmışam ki, getməyəndə deyirəm, qorxuram. Amma bir tərəfdən də necə qorxuram ki, hər həftə uçuram harasa. Ümumiyyətlə, mən heç vaxt içki qəbul etmirəm. İdmançı olmuşam, sağlam həyat tərzi sürmüşəm. Təyyarəyə oturandan sonra 100 qram içib rahatlaşırsan. 200 qram içəndə lap yaxşı olur, amma 300 qram içdikdə sən təyyarədə yox, onun yanında uçursan. Mənim qızım mənə deyir ki, yaxşı ölüm 100 yaşında qohumların arasında hardasa bağda oturub gülə-gülə getməkdir.
Cənnət və cəhənnəm fikrim geniş rezonans yaratdı, amma onu zarafata demişdim. Zarafatın içində də ciddi fikir var. İnsan axı özü seçmir hara düşəcəyini. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar. Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır. O biri dünyada şansım olsa idi, ata-anamla görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğluydum. İndi imkanım olsaydı, atama deyərdim, onu necə sevirəm. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz.
Həyatımda iki günü təqvimdən silərdim: atam və anamı itirdiyim günləri. Bəziləri deyir ki, axı mənim anam vəfat edəndə 87 yaşı var idi, sən istəyirdin, 200 il yaşasın? Bəli, istəyərdim. Anaların ömrü olmur".
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO